Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“ÜZDƏ BİR, ARXADA BAŞQA ŞEY DEMƏK İSGƏNDƏRİN XASİYYƏTİDİR”

Çingiz Qənizadə: “Qalib Salahzadənin həbsini DİN istəmişdi və aydın oldu ki, onun heç bir günahı yoxdur”

Milli Məclisin deputatı Qalib Salahzadənin (Hacı Qalib) keçmiş daxili işlər naziri İsgəndər Həmidovun prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlərə etiraz olaraq yaydığı bəyanat rezonans doğurub. 

Q.Salahzadə vurğulayıb ki, onu 1992-ci ildə İ.Həmidov qanunsuz həbs etdirib: «Bakı şəhər baş prokuroru olmuş Cingiz Qənizadənin kabinetində Həmidov mənə ağır işgəncələrin verilməsi barədə göstəriş verib. Həbsdə olanda Çingiz Qənizadə Bayıla gəlib mənimlə görüşdü. 2 saat mənimlə söhbət etdi və İsgəndər Həmidovun sifarişilə həbs edildiyimi bildirdi».

İ.Həmidov isə «Modern.az»a açıqlamasında bildirib ki, 1992-ci ildə Qalib Salahzadəni o zaman Bakı şəhər prokuroru vəzifəsində çalışan Çingiz Qənizadə həbs erdirib: “Hacı Qalibi mən yox, Çingiz Qənizadə tutdurub. Mən daxili işlər naziri olaraq kimisə tutdurmaq üçün sanksiya verə bilməzdim. Əgər xatırlayırsızsa, o zaman birbaşa sanksiyaları prokurorluq verirdi».


Keçmiş nazirin bu açıqlaması ilə bağlı «Unikal» qəzeti Çingiz Qənizadənin münasibətini öyrənib.
«Mən inanıram ki, İsgəndər Həmidov o sözləri deyib. Çünki o, nə istəsən deyir. Üzdə başqa şey, arxada başqa şey demək İsgəndərin xasiyyətidir. O ki qaldı bu işə, DİN onların həbsini istəmişdi və həbs olunmuşdular. İstintaq getdi və aydın oldu ki, Qalib Salahzadənin heç bir günahı yoxdur və azad oldu» deyə Ç.Qənizadə bildirib. Keçmiş şəhər prokuroru bildirir ki, Q.Salahzadə həbs olunan zaman yanına da gedib və özü şəxsən bu işlə maraqlanıb: «Buna görə də İsgəndər Həmidovun dedikləri mənasızdır. Təkrar edirəm ki, İsgəndər nə desən deyə bilər. Bu üzdən hazırda cəmiyyətdə ona bu cür münasibət var».


Qeyd edək ki, İ.Həmidov bu günlərdə prezident İlham Əliyevi sərt tənqid edib. Keçmiş nazirin prezidentin ünvanına səsləndirdiyi ittihamlar vaxtı ilə onun təyziqlərilə üzləşmiş, hazırda Milli Məclisin deputatı olan Q.Salahzadənin bəyanatla çıxış etməsinə səbəb olub. Bəyanatda bildirilib ki, İsgəndər Həmidovun nazir olduğu müddətdə törətdiyi əməllər hələ xalqın yadından çıxmayıb: «1992-ci ildə onun sifarişi ilə daxili işlər nazirinin müavini olmuş Qüdrət Paşayev 200 nəfərlik silahlı polis dəstəsi ilə evimə basqın etdi. Bütün var-dövlətimi ələ keçirdilər. Özüm də daxil olmaqla 8 nəfərlik ailə üzvümü istintaq işi aparmadan, məhkəmə qərarı olmadan 7 ay yarım Bayıl təcridxanasında saxladılar» deyə, bəyanatda bildirilir.






18 Fevral, 2011  18:34 Baxılıb: 1816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner