Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

QƏNİMƏT ZAHİD METYU BRAYZAYA DEYİB Kİ...

ABŞ-ın ölkəmizdəki yeni səfiri cavab verib ki...

"Azərbaycanda internet məkanına inzibati müdaxilə arzuolunmaz səviyyəyə qalxıb. Mən o məsələni xüsusi olaraq vurğulamaq istəmirəm ki, son 6-7 ayda “Azadlıq” qəzetinin internet saytı hökumətin nəzarəti altında işlədiyi şübhə doğurmayan hakerlərin hücumları nəticəsində tamamilə dağıdılıb və biz, hər dəfə internet səhifəmizi yenidən qurmağa məcbur olmuşuq"


Bu gileyi fevralın 17-də ABŞ səfiri Metyu Brayzanın Azərbaycanın media nümayəndələri ilə keçirdiyi görüşdə  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid səsləndirib.

Simsar.az saytının məlumatına görə baş redaktor səfirə deyib ki, Azərbaycanda siyasi məhbusların böyük bir kontingenti həbsdədir. Artıq “Amnesty İnternational”ın elan etdiyi vicdan məhbusları meydana gəlib və bu yeni dalğada siyasi məhbusların hüquqları ilə məşğul olmaq, onların azad olunması ilə bağlı tələblərin səslənməsi arxa plana keçib: "Biz sizdən xahiş edəcəyik ki, Azərbaycan hökuməti ilə təmaslarınızda bu problemlərlə də məşğul olasınız.

Cənab səfir, siz Amerika Birləşmiş Ştatlarının, Amerika demokratiyasının təmsilçisisininz və bizim, Azərbaycanda demokratiyanın qurulması üçün çalışan adamların ABŞ və Avropa demokratlarından hansısa tələblərimizin olması təbii və haqlıdır".

ABŞ-ın ölkəmizə təyin olunan yeni səfiri isə cavabında bildirib ki, demokratiya Amerikanın Azərbaycandakı prioritetləri sırasına daxildir və azərbaycanlılar əmin ola bilərlər onlar burada həmin dəyərlərin möhkəmlənməsində yardım göstərməyə hazırdırlar.






18 Fevral, 2011  16:16 Baxılıb: 1004 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43







21 İyul, 2020  10:06













sagbanner