Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ucuz, yoxsa bahalı oyuncaq? - ARAŞDIRMA

Metrolarda, küçələrdə Cənub-Şərqi Asiya ölkələrindən, xüsusilə, Çindən gətirilib satılan oyuncaqlara tez-tez rast gəlirik. Bəs, bu oyuncaqlar bazara necə daxil olur? Əcnəbi satıcılar ölkəyə necə gəlirlər?

Əvvəl alıcıların fikirlərini öyrəndik. Afət xala deyir ki, onun 100 manat verib oyuncaq almağa pulu yoxdur. Ona görə də, nəvəsinə küçələrdə satılan 3-5 manatlıq oyuncaq ala bilir. Şəfəq xanım isə, əksinə, düşünür ki, küçələrdə satılan oyuncaqları uşaqlara qətiyyən vermək olmaz. Buna görə, mağazalardan təmiz şəraitdə satılan oyuncaqlar alır.

Bəs, bu oyuncaqlar uşaqların səhhətində hansı fəsadları törədə bilər?

Suala cavab tapmaq üçün dermatoloqa müraciət etdik. Aidə Məmmədova məlumat verdi ki, təkcə oyuncaqlar yox, küçədə satılan pal-paltar, məişət əşyaları və s. insan sağlamlığı üçün real təhlükədir. Oyuncaq alarkən isə valideynlər xüsusən diqqətli olmalıdırlar. “Uşaq oyuncaqla sıx təmasda olur. Onu ağzına salır, bədəninə sürtür”, - deyən Aidə xanım, oyuncaqların materialına fikir verməyin vacibliyini vurğuladı. Gigiyenik tələblərə cavab verməyən oyuncaqların böyük fəsadlar törədə biləcəyini qeyd edən həkim-dermatoloq, “ucuz oyuncaq xəstəliyə səbəb olduqdan sonra uşağın sağlamlığını bərpa etmək üçün daha çox xərc tələb olunacaq. Buna görə, bahalı və keyfiyyətli oyuncaq, bir tərəfdən, daha ucuz başa gəlir”, - deyə əlavə etdi.

Məsələ ilə bağlı dövlət orqanlarına da müraciət etdik...

Həmin oyuncaq satanların respublikaya hansı yollarla daxil olduğunu müəyyən etmək üçün Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxladıq. Dövlət orqanından dedilər ki, “bu cür əcnəbi vətəndaşlar həm qanuni, həm də qanunsuz yolla ölkəyə daxil olurlar. Qanunsuz yolla ölkəyə gələnlər respublikadan kənarlaşdırılır və sanksiya tətbiq olunur. Qanuni yolla gələnlər isə vizalarında göstərilən müddətdə ölkədə qala bilərlər”. Miqrasiya Xidmətindən, həmçinin, bildirdilər ki, əcnəbilərin ölkədə satıcılıq etməsi, və ya hansısa başqa yolla pul qazanması üçün onların mütləq işçi vizaları olmalıdır.

Vergilər Nazirliyindən verilən məlumatda isə qeyd olunur ki, qanunsuz fəaliyyət göstərən əcnəbilər də az deyil. “İşləməyə gələn əcnəbilər əsasən, iki yolla daxil olurlar: onları ya hansısa şirkət gətirir və ya özləri fərdi şəkildə gəlirlər. Birinci halda, həmin vətəndaşın vergi məsuliyyətini bilavasitə şirkət daşıyır. İkinci halda isə əcnəbi vətəndaş qeydiyyata düşməlidir. Əks halda, onlar məsuliyyətə cəlb olunurlar”, - deyən nazirlik nümayəndəsi, küçələrdə, yol kənarlarında səliqəsiz oyuncaq satanların qanunsuz fəaliyyət göstərdiklərini bildirib.

Bazarda olan bütün məhsullar gigiyenik sertifikatla təmin olunmalıdır. Azərbaycanda isə bu işi Sanitar Karantin Müfəttişliyi həyata keçirir. Müfəttişliyin şöbə müdiri Yadulla Balışovun verdiyi məlumata görə, məhsullar bazara daxil olana qədər gigiyenik yoxlanış həyata keçirilir. Bunun üçün məhsullar Sanitar Karantin Müfəttişliyinə təqdim olunur. “Biz əvvəlcə məhsulun mənşə sertifikatını tələb edirik”, - deyən Yadulla müəllim, sonrakı mərhələdə məhsulun nümunələrinin laboratoriyaya göndərildiyini sözlərinə əlavə edib. “Laboratoriyanın nəticələri müsbət olduqda, onlar sertifikatla təmin olunur, əks halda, ya respublikadan kənarlaşdırılır, ya da yandırılaraq məhv edilir”, - deyən şöbə müdiri fikrini tamamlayıb.

Vüsal Məmmədzadə







28 Noyabr, 2013  14:30 Baxılıb: 3116 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


27 Noyabr, 2020  00:28

25 Noyabr, 2020  16:40






18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17














sagbanner