Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ABŞ prezidenti dünyanın məşhur İKT şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçirib

 ABŞ prezidenti Barak Obama dünyanın məşhur İKT şirkətlərinin rəhbərlərini və banilərini şam yeməyinə dəvət edib.

San-Fransisko yaxınlığında mətbuat üçün qapalı keçirilən görüş “Kleiner Perkins Caufield & Byers” vençur şirkətinin sahibi Con Doerrin evində baş tutub.

Görüşdə ağır xəstəlik səbəbindən müddətsiz məzuniyyətə çıxan “Apple” şirkətinin rəhbəri Stiv Cobs, “Facebook”un banisi Mark Tsukerberq, “Google”nin icraçı direktoru Erik Şmidt, həmçinin “Twitter”, “Yahoo!”, “NetFlix”, “Oracle” şirkətlərinin rəhbərləri və Stenford Universitetinin prezidenti iştirak ediblər.

Bildirilir ki, B.Obamanın görüşdə məqsədi dünyanın məşhur iş adamlarını Ağ Evin təşəbbüslərinin maliyyələşdirilməsinə cəlb etmək, o cümlədən respublikaçıların nəzarətində olan Konqresin yüksək texnologiyalı layihələrə büdcə vəsaitləri ayırmaqdan imtina etdiyi halda onların maliyyələşdirilməsini təmin etmək olub.

Prezident həmçinin yüksək texnologiyalı şirkətlərin rəhbərləri ilə ABŞ-da çoxlu sayda iş yerlərinin açılması məsələsini müzakirə edib.






18 Fevral, 2011  14:48 Baxılıb: 1671 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner