Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rusiyada milyardçıların sayı rekord vurur

Rusiyada milyard sahiblərinin sayı rekord vurur. "Finans" dərgisinin dərc etdiyi siyahıya əsasən, ölkədə 114 dollar milyardçısı var.

Bu hətta böhrandan əvvəlki saydan artıqdır.

Siyahının başında metall şirkətlərinin sahibləridir. Ümumən ötən 1 ildə ən çox irəli gedən metal və informasiya texnologiyaları şirkətləri olub. Neft şirkətlərində isə özünəməxsus durğunluq olub və bu da müvafiq şirkətlərin sahiblərinin varidatına təsir edib. Rusiya milyardçıları arasında bir neçə nəfər Azərbaycan əsilli şəxslər də var.

"Finans" dərgisinin nəşr etdiyi siyahıya əsasən, Rusiyanın ən zəngin şəxsi 28 milyard dollardan artıq varidata malik Vladimir Lisindir. Cənab Lisin Novolipetsk metallurgiya kombinatının direktorlar şurasının başçısıdır. İkinci və üçüncü yerdə də metallurgiya sahəsində nəhəng aktivlərə malik Mixail Proxorov və Əlişer Usmanovdur. Yeri gəlmişkən cənab Usmanov son illər birinci üclüyün daimi üzvü Roman Abramoviçi bu dar siyahıdan çıxarıb. İndi futbol klubları, yaxtalar, villalar və nələr nələrin sayibi Roman Abramoviç 5-cidir. Onun varidatı təxminən 17 milyard dollar həcmində qiymətləndirilir.

Ümumən Rusiyanın ən zəngin şəxslərinin pullarının mənbəyinə baxanda görmək olar ki, var dövlətin əsası ilk növbədə metallardı. İlk beşlikdəki zənginlərin biznesinin əsasını məhz metall biznesi təşkil edir. Siyahını tərtib edən "Finans" dərgisinin redaktor müavini Andrey Şkolin bunu ötən ilin metal biznesi üçün çox uğurlu olmasıyla izah edir:

"Metallurgiya bazarı özünü çox yaxşı hiss edir. Metallara tələbat isə ilk növbədə Çindən gəlir. Çində tikinti genişlənməkdədir, bura polad lazımdır, mis lazımdır. Odur ki, elə çixir ki, Çinin tələbatı Rusiya oliqarxlarını zənginləşdirir. Neftə qaldıqda isə ötən il neft şirkətlərinin qiyməti bir elə artmayıb, daha çox yerində döyüb. Bu elə Vahid Ələkbərovun siyahıdakı yerində özünü göstərir, onun mövqeyi bir qədər aşağı enib", deyir Andrey Şkolin.

"LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərovun varidatını "Finans" dərgisi təxminən 11 milyard dollar həcmində qiymətləndirir. Dərginin siyahısında cənab Ələkbərov bu il 10-cudur, keçən il isə o 8-ci idi.

Yeri gəlmişkən Rusiyanın dollar milyardçıları siyahısında cənab Ələkbərovdan başqa bir necə Azərbaycan əsilli şəxslərin adına da rast gəlmək olar. Məsələn, "Nortqaz" şirkətinin həmsahibi kimi təqdim olunan Fərhad Əhmədovun varidatı 1,4 milyard dollar həcmində qiymətləndirilir. Siyahıya habelə "AST" qrupunun sahibi Telman İsmayılovun da adı düşüb. Moskvanın Çerkizov bazarının keçmiş sahibinin varidatı "Finansa" görə 1,1 milyard dollardı.






18 Fevral, 2011  14:00 Baxılıb: 1556 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner