Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənilər Gürcüstan azərbaycanlılarına qarşı növbəti təxribat hazırlayırlar

Erməni kütləvi informasiya vasitələri növbəti fırıldağa əl atıblar. Erməni KİV-i Gürcüstandan onları narahat edən məlumatlar aldıqlarını yazırlar.

Gürcü mətbuatının xəbərinə görə, erməni informasiya agentlikləri bu barədə məlumat yayıblar: "Gürcüstanın cənubunda yaşayan azərbaycanlı yaşayış məntəqələrində Bakıdan gələn xüsusi emissarlar gizli çağırış həyata keçirirlər".

"News.am"-ın yazdığına görə, Marneuli, Qardabani və Gürcüstanın digər rayonlarında emissarlar Qarabağda hərbi əməliyyatlarda iştirak etmək üçün yüksək mükafatla yerli azərbaycanlıları toplayırlar".

Erməni xəbər agentliyi Gürcüstan rəhbərliyinin bu məsələyə münasibətinin necə olduğunu müəyyən etməyə çalışacağını bildirib. "Gürcüstan ərazisində digər ölkənin təşkil etdiyi "gizli" çağırış" həyata keçirilir".

Gürcü hakimiyyət nümayəndələri erməni agentliyinin bu xəbərini istehza ilə qarşılayıblar. Adını açıqlamaq istəməyən gürcü parlament nümayəndəsi "bu informasiya ermənilərin növbəti təxribatdır," - deyib.

Məlumata görə, Ermənistanla sərhəd ərazilərində kompakt yaşayan azərbaycanlılar öz gündəlik qayğıları ilə məşğul olur, yaz əkin-səpin üçün kənd təsərrüfatının müxtəlif sahələrində gələcək məhsulun özülünü qoymaq üçün çalışırlar.






18 Fevral, 2011  13:50 Baxılıb: 1492 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner