Simsar.az xəbər verir ki, ötən il “Azerfon-Vodafone” rouminq əhatə dairəsini xeyli genişləndirmiş, “Japan Softbank”, USA AT&T, “Canada Rogers” və s. şirkətlərlə yeni rouminq sazişləri imzalamışdır.
Hazırda müştərilər sərfəli və rahat rouminq təkliflərindən istifadə edərək dünyanın 120-dən çox ölkəsinə səyahət edə bilərlər.
Şirkətin baş icraçı direktoru Yurgen Pitz bildirmişdir ki, “Azerfon-Vodafone” fəaliyyətinin ilk günlərindən Azərbaycanda ən ucuz, rahat və şəffaf rouminq qiymətlərini təqdim etmişdir. Şirkət ölkənin mobil bazarında ilk dəfə 4 zona üçün 4 qiymətə əsaslanan ən sərfəli rouminq tarifləri tətbiq etmişdir. Bu qiymətlər www.azerfon-vodafone.com internet səhifəsində əks olunmuşdur.