Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəssab həkim: Kiyevdə erməni vəhşiliyi

Həkim Artur Voskanyan beş evsizi Kiyevdən kənara aparmış və donmaq üçün küçəyə atmışdır.

Populyar "Qazeta po Kiyevski"də (nömrə 29, http: mycityua.com) dərc edilmiş məqalə "Həkim Artur Voskanyan beş evsizi Kiyevdən kənara aparmış və donmaq üçün küçəyə atmışdır" başlığı ilə verilmişdir. Evsiz pasiyentlərin bildirdiklərinə görə, 29 yaşlı terapevt Artur Voskanyan demişdir: "Küçədə sizə ölmək asan olacaqdır".

Artur Voskanyan sonra aralarında ayaqdan əlillərin də olduğu 5 nəfəri mikroavtobusa mindirmiş, şəhərdən kənara aparmış və qəbiristanlığın yaxınlığında donmaq üçün çölə atmışdır. Bir qadın həyatını dəyişmişdir.
Qəzet yazır ki, Vışqorod (Kiyevşina. - AzərTAc) şəhərində küçədən keçənlər çirkli, cırıq paltarlara bürünmüş bir qrup adama diqqət yetirmişlər. Onlar müqəddəs Boris və Qleb kilsəsi yaxınlığındakı qəbiristanlığın qarşısında adamların gözü önündə donurdular. Rəhimdil sakinlər təcili tibbi yardım briqadasını çağırmışlar. Sonralar evsiz insanların sözlərindən məlum olmuşdur ki, xəstələri həkim buraya Kiyevdən gətirmiş və demişdir ki, qayıdıb onları xəstəxanaya aparacaqlar...

Kiyevşina milisi mətbuat xidmətinin rəisi Nikolay Jukoviç qəzetə müsahibəsində demişdir: "Onların heç birində sənəd yox idi. Bu beş evsiz deyirdi ki, dayanacaqda həkimin Kiyevdən göndərəcəyi tibbi yardım maşınını gözləyirmişlər. Onların əlində sənəd əvəzinə yalnız paytaxt xəstəxanasından çıxarılmaları barədə arayış var idi".

Milis işçiləri bu evsizləri sorğu-suala tutduqları müddətdə yaşlı qadının vəziyyəti pisləşmiş və o, tezliklə həyatını dəyişmişdir. Ehtimal olunur ki, ölüm orqanizmin həddindən çox soyuması nəticəsində baş vermişdir.
"Qəzet..." özünün mənbələrindən istifadə edərək müəyyənləşdirmişdir ki, qalmaqalın mərkəzində Kiyevin Xarkov prospektində yerləşən 1 nömrəli xəstəxananın evsiz-eşiksizlər üçün şöbəsi dayanır. Bu əhvalatın baş qəhrəmanı isə terapiya şöbəsinin müdiri Artur Voskanyandır.

Ötən ilin sentyabr ayından həmin xəstəxanada iflicdən müalicə olunan Natalya belə nəql edir: "Bizim şöbə müdiri cümə günü dedi: "Yığışın, gedəcəyik". Mən ağlayıb qışqırdım ki, ölməyə hazırlaşmıram və ayaqlarımı tədricən müalicə etdirəcəyəm. Lakin həkim kəskin surətdə dedi: "Yox, gedəcəksən!" Biz 5 nəfəri tibbi yardım maşınında deyil, hansısa açıq-boz rəngli mikroavtobusa mindirib apardılar. Gündüz saat dördün yarısında bizi haradasa maşından düşürdülər, oturduğumuz əlil arabalarını əlimizdən aldılar, qəbiristanlığın yaxınlığındakı kiçik skamyada oturtdular. Həkim dedi ki, təcili tibbi yardım maşınını gözləyək. Dəhşətli soyuq var idi, qar yağırdı... Bizim aramızda yalnız iki nəfər müstəqil yeriyə bilirdi, buna görə də gözləməyə məcbur idik. Mən huşumu itirdim və asfaltın üstünə yıxıldım. Sonra ayıldım, lakin ağzım o qədər donmuşdu ki, danışa bilmirdim".

Qəzet yazır ki, xəstələr yoldan keçənlər onlara diqqət yetirənə qədər 10 dərəcəyə çatan şaxtalı hava şəraitində dörd saata yaxın skamyada oturmuş vəziyyətdə qalmışlar.
Natalya sözünə davam edərək demişdir: "Təcili tibbi yardım maşını xəstəxanaya əvvəlcə məni apardı. Mən demək olar ki, ölüm ayağında idim. Sonra tibbi yardım maşını başqalarını gətirməyə getdi. Yaşlı qadın hələ sağ idi. Xəstəxanada bizi yedizdirdilər. Dörd milis işçisi gəldi və bizi sorğu-suala tutdu. Yaşlı qadın yalnız öz soyadını deyə bildi və o andaca öldü. O, ayaqlarından əziyyət çəkirdi. Onu küçəyə nazik pencəkdə atmışdılar".

Kiyev milisi mətbuat xidmətinin rəisi Vladimir Poleşuk demişdir:

- Artıq həkim dindirilmişdir. O deyir ki, pasiyentləri heç yerə aparmamışdır. İstintaq materiallarını Vışqorod prokurorluğuna göndərmişik. Əgər məhkəmə tibbi ekspertiza qadının soyuqdan öldüyünü təsdiqləsə, həkimi Cinayət Məcəlləsinin "Xəstəyə yardım göstərilməməsi"nə dair 139-cu maddəsinin 2-ci hissəsinə müvafiq olaraq cinayət məsuliyyəti (3 illik həbs cəzası və həbsdən çıxdıqdan sonra 3 il həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsi) gözləyir. Həkimə qarşı, həmçinin "lazımi tibbi yardım göstərilməməsi" (2 il müddətinə həbs) maddəsi də tətbiq oluna bilər.

Kiyev Şəhər Dövlət Administrasiyasının səhiyyə və tibbi təminat idarəsi rəisinin müavini Vladimir Zaqorodnı:
- Hələlik onu deyə bilərəm ki, yalnız başdan xarab şəxs insanları şaxtalı havada çöldə qoya bilər. Bu hadisənin həqiqətdə baş verdiyinə inanmaq çətindir...






18 Fevral, 2011  01:38 Baxılıb: 1547 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner