Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Musa Pənahov: "Şəhidlər Xiyabanının da qarşısında yeraltı keçid tikiləcək"

Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, "Bakı – Tbilisi – Qars yeni dəmir yolu layihəsi" üzrə işlər davam etdirilir, hazırda yolun Axalkələk – Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir, Kartsaxidə stansiya binasının tikintisinə başlanılıb.

Simsar.az xəbər portalı "Modern.Az"a istinadən bildirir ki, artıq 46 ədəd müxtəlif suötürücünün, 5 körpü və yolötürücüsünün, 2,5 km dağətəyi su kanallarının tikintisi başa çatdırılıb. Elektrik kontakt şəbəkəsi üzrə 250 ədəd dayaq dəyişdirilib. Təkər cütlərinin dəyişdirilməsi stansiyasının (Axalkələk) və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4.2 km uzunluğunda tunelin layihələndirilməsi işləri yekunlaşıb. Yolun 158 km-lik Marabda-Axalkələk sahəsinin reabilitasiya və rekonstruksiyanın 3 mərhələdə aparılması nəzərdə tutulmuşdur. Artıq I mərhələ üzrə işlərə başlanılıb.

Hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində nazir müavini Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı da danışıb. Deyib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində Tehranda bir araya gələn Azərbaycan, İran və Rusiyadan olan mütəxəssislər İranın Rəşt və Astara şəhərlərindən Azərbaycanın Astara şəhərinə qədər dəmir yolu xəttinin tikintisi ilə bağlı müzakirələr aparıblar. “Mütəxəssislər iki gün ərzində dəmiryolunun tikintisi ilə məşğul olacaq məhdud məsuliyyətli cəmiyyətin yaradılması və nizamnaməsinin təsdiqi, sözügedən dəmiryolunun istismarı, sərnişin və yük daşımaları qaydalarının müəyyən edilməsi, texniki xidmətinin qaydalarının formalaşdırılması və sair məsələləri müzakirə ediblər”.

Qara dəniz ətrafı dairəvi magistral yol ideyası barədə məlumat verən M.Pənahov un sözlərinə görə, bu layihəyə əsasən, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən keçməklə, 7 min kilometr təşkil edəcək. Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın ərazisindən keçəcək.

“Layihə ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyi dəqiq və dəyişməzdir: Dağlıq Qarabağ problemi tamamilə tənzimlənməyənə və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər Yerevanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil. Ümumilikdə Bakı Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini dəstəkləyir və bu layihə çərçivəsində işləməyə hazırdır. Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində mövqeyimiz TRASECA layihəsi və digər belə layihələr çərçivəsindəki kimi olacaq”.

Nazir müavini deyib ki, Tarif Şurasının qərarı ilə fevralın 1-dən Azərbaycanın dəmir yolunda sərnişindaşıma ilə bağlı tətbiq olunan yeni tariflər, hətta, artımdan sonra belə sərnişindaşımanın real maya dəyərini tam ödəmir.

“Sərnişindaşıma bütün ölkələrdə zərərlə işləyən sahədir, amma əsas məqsəd bu zərərin müəyyən qədər azaldılması və əldə edilən gəlirin xidmətin səviyyəsinin artırılmasına yönəldilməsidir. Hazırda dəmir yolunda istifadə olunan vaqonların böyük hissəsinin istismar müddəti bitib. Əldə olunan gəlir onların təmir edilərək müasir avadanlıqlarla təmin olunmasına yönəldiləcək. Dəmir yolunda tariflərin artması ilə əlaqədar olaraq avtobuslarda da gediş haqqının qaldırılacağı, eləcə də avtomobil daşımalarında qiymətlərin qaldırılacağı ilə bağlı gəzən söz-söhbətlərlə əlaqədar onu deyə bilərəm ki, özbaşına artımlara yol verilməyəcək. Nəqliyyat Nazirliyinin müvafiq qurumları bu məsələyə nəzarət edir. Bu, tənzimlənən qiymətlərdir, ona görə də bu sahəyə dövlətin nəzarəti var”.

M.Pənahovun sözlərinə görə, Bakı şəhərində Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin ("Əzizbəyov" dairəsi) və Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişmələrindəki yol qovşaqlarının sonuncu mərhələsində və Qələbə meydanında ("Gənclik" metro stansiyası) müxtəlif səviyyəli yol qovşaqlarında tikinti işləri davam etdirilir.

“Heydər Əliyev Hava Limanı – Mərdəkan dairəsi – Bilgəh mövcud avtomobil yolunun (19 km) 8 cərgəli hərəkət üçün yenidən qurulması layihəsi üzrə yolun Mərdəkan dairəsinədək olan 7 km sahəsində və Bilgəh – Sumqayıt yeni avtomobil yolunda tikinti işləri intensiv olaraq davam etdirilir. Mikayıl Hüseynov küçəsi ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, "Azneft" meydanında, Neftçilər prospekti 81 ünvanında və prospektin Bülbül prospekti ilə kəsişməsində, Azadlıq meydanı və Dəniz vağzalının qarşısında, Niyazi küçəsi ilə Adil İsgəndərov küçəsinin kəsişməsində, Parlament prospektində Şəhidlər Xiyabanının qarşısında 7 ədəd yeraltı piyada keçidinin layihələndirilməsi və tikintisinə başlanılıb.

Əsas etibarı ilə respublika əhəmiyyətli magistral avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə, “Təhlükəsizlik Kəmərlərindən İstifadə” olunmasının vacib olmasını təbliğ edən və yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlara vaxtında tibbi yardım göstərilməsini asanlaşdırmaq məqsədi ilə “Yol-Qəza Tibb Xidməti”-nin yerini və telefon nömrələrini göstərən lövhələr quraşdırılıb”.






18 Fevral, 2011  01:29 Baxılıb: 1016 Çap

Bu bölmədə


XƏBƏR LENTİ








10 İyul, 2020  13:32

10 İyul, 2020  11:16

9 İyul, 2020  10:09
















6 İyul, 2020  16:48







2 İyul, 2020  16:06













29 İyun, 2020  15:17




sagbanner