Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ ermənilərinin iç üzü açılır

Ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstə uzun illər sadə amerikalıları soymaqla məşğul imiş.

Simsar.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında hüquq mühafizə orqanları ermənilərdən ibarət «Erməni gücü» (Armenian Power) mütəşəkkil cinayətkar dəstənin üzvlərini həbs ediblər. Bu barədə ABŞ prokurorluğunun nümayəndəsi Tom Mrojek məlumat verib.

Qruplaşmaya qarşı davam edən əməliyyatda yüzlərlə Kaliforniya və federal polisin əməkdaşı iştirak edir. Həbslər Qlendeyl şəhərində və Şərqi Hollivudda (Los-Andjeles rayonunda) həyata keçirilib. «Erməni gücü»nün üzvləri reket, qətl, qarət və digər cinayətlərdə ittiham olunurlar. Qruplaşma həmçinin fərdi məlumatların oğurlanması və fırıldaqçılıqla da məşğul olub.

Ümumilikdə, 102 nəfər barəsində ittiham irəli sürülüb. Hüquq mühafizə orqanları bildirirlər ki, banda çoxsaylı zorakılıq halları törətmiş və digər cinayətkar qruplarla yaxın əlaqələrə malik olmuşdur. FTB-nin Los-Anceles bölməsinin direktor müavini Stiven Martines deyib ki, ermənilər geniş əlaqələrə malik olublar. Cinayətkar dəstənin 200 yaxın üzvü olub və əsas bazaları Qlen Deyil və San Fernandonun yaxın rayonlarında yerləşib.
Məmurların fikrincə, əksər üzvlərin həbs olunduğu cinayətkar dəstənin fəaliyyətinə ciddi zərbə vurulub. Həmin cinayətkar dəstənin cinayətkarlığın səviyyəsi yüksək olduğu Ermənistan və Rusiya ilə əlaqələri barədə məlumat verilir. Qeyd edilir ki, banda üzvlərinin 29 nəfəri endirimli mağazalardan informasiya əldə edərək fiktiv kredit və borc kartları hazırlayırmışlar. Santa-Anada həbs olunan digər 20 nəfər bank fırıldaqçılığı ilə məşğul olaraq informasiya əldə etmiş və müxtəlif şəxslərin hesablarından 10 milyon dollara yaxın vəsait çıxarmışlar. Cinayətkar bandanın səhiyyə sahəsində də fırıldaqçılıq sxemi üzrə cinayət əmmələri həyata keçirdiyi və bununla da sadə və imkansız vətəndaşlardan milyonlarla dollar vəsait oğurladığı barədə məlumat verilir.
FTB-nin Mayami şöbəsinin fəaliyyətə cavabdeh olan Con V. Gilles bildirib ki, bu Avrasiya mütəşəkkil cinayətkarlığın ən böyük milli şəbəkələrindəndir.

Göründüyü kimi, ermənilər hansı ölkədə məskunlaşmalarından asılı olmayaraq həmin cəmiyyətlərə yalnız ziyan vurur, onun deqradasiyasına xidmət edikər.
Bir neçə ay bundan öncə ABŞ-da həbs olunmuş ermənilərdən ibarət cinayətkar dəstənin Ermənistan hakimiyyəti ilə birbaşa əlaqədə olduğu faktlara təsdiq edilmişdir. Həmin cinayətkar dəstə “medicar” sistemi üzrə ixtisaslaşmış və kimsəsiz vətəndaşlardan fırıldaqçılıq yolu ilə milyonlarla vəsait əldə etmişlər.






18 Fevral, 2011  00:41 Baxılıb: 1585 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner