Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Paramount Group” ən son texnologiyasını nümayiş etdirəcək

Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti fevralın 20-24-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək İDEX-2011 hərbi sərgisində ən son texnologiyasını nümayiş etdirəcək.

Bu barədə APA-ya şirkətin baş ofisindən məlumat verilib.

Şirkət ən son innovasiyalara malik, minaya qarşı qorumalı “Mbombe” adlı döyüş maşınını sərgiləyəcək. Artıq “Mbombe” bir sıra ölkələrin marağını cəlb edib. “Mbombe” ənənəvi V gövdəli minaya davamlı döyüş maşınlarından fərqli olaraq davamlı düz korpusa malikdir. Mühafizəsi də anoloqlarından daha yüksəkdir.

Afrika qitəsinin ən böyük müdafiə şirkətlərindən sayılan “Paramount Group” Yaxın Şərq regionunda böyük potensial olduğunu düşünür. Şirkət hazırda “Boeing” və “Aerobus” üçün qanad komponentlərini istehsal edən “Aerosud” şirkətində əsas paya malikdir.

Qeyd edək ki, “Paramount Group” şirkəti Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq edir. Şirkətin lisenziyası əsasında Azərbaycan müəssisəsində “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri istehsal edilir.






17 Fevral, 2011  23:44 Baxılıb: 1448 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09


sagbanner