Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

2 məktəb direktorunun işi prokurorluqda

Bakıda işdən çıxarılmış 8 məktəb direktorundan ikisinin işini hüquq-mühafizə orqanları araşdırır

2010-cu ildə Bakıda 16 təhsil müəssisəsinin rəhbəri işdən azad edilib. Bunlardan 8-i məktəb direktoru, 8-i isə uşaq bağçasının müdiridir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a bildiriblər ki, ötən il işdə yol verdiyi qüsurlara görə cəzalandırılan müəssisə rəhbərləri təkcə bunlarla məhdudlaşmır. Belə ki, daha 4 məktəbin direktoruna və 1 müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bundan başqa, 8 direktor və 3 bağça müdiri töhmət alıb. 23 direktor və 2 bağça müdirinə isə xəbərdarlıq olunub.

İdarədə bildirirlər ki, bu cəzalandırılmalar əsasən, vətəndaşların qəbulu, təhsil müəssisələri rəhbərlərinin idarəetmə sahəsində, həmçinin 11-ci siniflər üzrə buraxılış imtahanlarının keçirilməsi zamanı yol verdikləri nöqsanlarla bağlıdır.

Bundan başqa, təhsildə kurrikulum islahatlarının ləngidilməsinə görə də cəzalandırılanlar var. Cəzalandırılanların bir qismi isə məktəb kollektivinə nəzarətin zəif təşkilinə, əmək intizamında ciddi nöqsanlara yol verdiklərinə görə tənbeh edilib.

İdarədən onu da deyiblər ki, işdən azad edilmiş 2 məktəb direktoru ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda həmin direktorların işi prokurorluq orqanları tərəfindən araşdırılır. Bunlar Nizami rayonundakı 61 və Buzovna qəsəbəsindəki 26 saylı məktəblərin direktorlarıdır.

Hazırda paytaxt məktəblərində və məktəbəqədər təhsil müəssisələrində işin keyfiyyəti, şikayət və müraciətlərə baxılması vəziyyətinə dair nəzarət tədbirləri davam etdirilir. İdarədə bildirirlər ki, təhsil Şurası mütəmadi olaraq, bu sahəyə dair məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul olunur. İndiyə qədər cəzalandırılmış təhsil müəssisələrinin rəhbərləri və işçilər barəsində çıxarılmış qərarlar kollegial şəkildə qəbul olunub.






17 Fevral, 2011  19:48 Baxılıb: 1002 Çap

Bu bölmədə


XƏBƏR LENTİ














5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11




sagbanner