Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev üç idman növü ilə məşğuldur

“Özüm isə fərdi idman növləri - gimnastika, atletika və üzgüçülüklə məşğul oluram”

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Mir” teleradio şirkətinə müsahibəsində idmana olan marağı haqda da danışıb. Prezident telekanalın əməkdaşının bununla bağlı sualına cavabında bildirib ki, o, futbolu izləməyi daha çox sevir.

“Özüm isə fərdi idman növləri - gimnastika, atletika və üzgüçülüklə məşğul oluram. İdmanla bağlı planlarımıza gəlincə, biz uğurlarımızı daha da artıracağıq” - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın son illər beynəlxalq miqyasda söz demək imkanı daha da artıb.

“Mən çox sevinirəm ki, Azərbaycan çox istedadlı gənc idmançı yetişdirir. Sinqapurda keçirilən yeniyetmələrin olimpiya oyunlarında bizim komanda 11-ci oldu. Yəni biz dünyanın bir çox idman ölkəsini geridə qoya bildik. Bu o deməkdir ki, bizim uşaq, yeniyetmə idmançılarla bağlı siyasətimiz, onlara yaradılan şərait, idmanın inkişafı üçün yaradılan bazalar, həmçinin idmançılara və veteranlara münasibət öz bəhrəsini verir. Bizdə uşaqlar, yeniyetmələr idmançı olmaq istəyirlər. Çünki bizim idmançılar, tanınmış çempionlar rəmzə çevrilirlər. Onlara cəmiyyətdə böyük hörmət var. Əhali və dövlət tərəfindən onlara böyük dəstək göstərilir. Biz onları və qazandıqları qələbələrini hər cür təbliğ edirik” - deyə prezident bildirib.

Dövlət başçısı azərbaycanlı idmançıların ciddi və vətənpərvər olduqlarını da söyləyib: “Bizim xeyli olimpiya, dünya, Avropa çempionumuz var. Biz növbəti olimpiadada daha çox medal qazanmağı planlaşdırırıq. Bütün bunlar ona gətirib çıxarıb ki, idmançı Azərbaycanda yenidən hörmətli adama çevrilib. 90-cı illərin əvvəllərində isə belə deyildi. O vaxt idmana indiki kimi qayğı yox idi. Çünki ölkədə çoxlu problem vardı”.






17 Fevral, 2011  18:48 Baxılıb: 1677 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner