Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

QALİB SALAHZADƏ İSGƏNDƏR HƏMİDOVUN CƏZALANDIRILMASINI İSTƏYİR

«İsgəndər Həmidovun prezident haqqında danışmağa nə haqqı çatır, nə də çəkisi imkan verir»

Deputat Qalib Salahzadə (Hacı Qalib) hüquq-mühafizə orqanlarını keçmiş daxili işlər naziri İsgəndər Həmidovun prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlərə hüquqi qiymət verməyə çağırır. 

İ.Həmidov Demokratiya Uğrunda İttifaqın (DUİ) təşkilatçılığı ilə “Dünyada baş verən proseslər və onun Azərbaycana mümkün təsirləri” mövzusunda keçirilən dəyirmi masada prezident İlham Əliyevi tənqid edib, korrupsiyanın başında onun durduğunu bildirib. İ.Həmidov prezidentin istefasını tələb edib.

Keçmiş nazirin bu ittihamları vaxtı ilə onun təyziqlərilə üzləşmiş, hazırda Milli Məclisin deputatı olan Q.Salahzadənin bəyanatla çıxış etməsinə səbəb olub.

«İsgəndər Həmidovun nazir olduğu müddətdə törətdiyi əməllər hələ xalqın yadından çıxmayıb. 1992-ci ildə onun sifarişi ilə daxili işlər nazirinin müavini olmuş Qüdrət Paşayev 200 nəfərlik silahlı polis dəstəsi ilə evimə basqın etdi. Bütün var-dövlətimi ələ keçirdilər. Özüm də daxil olmaqla 8 nəfərlik ailə üzvümü istintaq işi aparmadan, məhkəmə qərarı olmadan 7 ay yarım Bayıl təcridxanasında saxladılar» deyə, bəyanatda bildirilir.

Q.Salahzadə bəyanatda vurğulayır ki, İ.Həmidov Bakı şəhər baş prokuroru olmuş Cingiz Qənizadənin kabinetində - onun birinci müavinləri Hüseyn Əlixanov, Zakir Nəsirov, Əli Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olmuş Məzahir Əliyevin və daha bir neçə nəfərin yanında ona ağır işgəncələrin verilməsi barədə göstəriş verib:

«Mənim həbsimlə bağlı fitva o zaman Ali Sovet sədrinin səlahiyyətlərini icra edən İsa Qəmbərin kabinetində verilib. Bunu İsa Qəmbər Məkkə ziyarəti zamanı təsdiqlədi. Onların məqsədi Bakının nufuzlu şəxslərini həbs etdirmək, proseslərdən kənarlaşdırmaq idi. 1992-ci il sentyabrın 15-də mənə açıq-aydın dedilər ki, sənin həbsini İsgəndər Həmidov sifariş etdirib. Mənim hansı şəraitdə həbs olunduğumu AXCP fəalı olan Maştağalı Zakir Quliyev də təsdiq edə bilər, çünki o da orada idi. Həbsdə olanda Çingiz Qənizadə Bayıla gəlib mənimlə görüşdü və bir blok «malbiro» siqaret də gətirmişdi. 2 saat mənimlə söhbət etdi və İsgəndər Həmidovun sifarişilə həbs edildiyimi bildirdi».

Q.Salahzadə bəyanatında qeyd edir ki, Məkkə ziyarəti zamanı İ.Həmidov ona salam üçün əlini uzatsa da, qəbul etməyib: «İsgəndər Həmidov orada mənə dedi ki, səni Çingiz Qənizadə həbs etdirib. Nazir olanda insanlarla qarşı görünməmiş cinayətlər törədən İsgəndər Həmidov indii özünü islahatçı, düzgün adam kimi qələmə verməyə çalışır. Ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndirildiyi bir dövrdə o, prezident haqqında nalayiq ifadələr işlədir. İsgəndər Həmidovun prezident haqqında danışmağa nə haqqı çatır, nə də çəkisi imkan verir».

Milli Məclisin deputatı hüquq mühafizə orqanlarını İ.Həmidovun prezident İ.Əliyev barəsində fikirlərilə bağlı ölçü götürməyə, müəllifini isə məsuliyyətə cəlb etməyə çağırır: «İsgəndər Həmidov xalqı üsyana çağırır, prezident haqqında təhqiramiz ifadələr işlədir.
Ümummilli lider onu ölümdən qurtardı, yüngül cəza aldı. Sonra əfv olunaraq azadlığa çıxdı və mərhum prezidentin məzarını ziyarət etdi. Amma görünür, yenə aranı qarışdırmaq, siyasi çalxalanmalar yaratmaq istəyir. İsgəndər həmidov kimlərinsə sifarişi, tapşırığı ilə prezidentin əleyhinə danışır».


Q.Salahzədə deputat həmkarlarından da İ.Həmidovun çıxışına hüquqi qiymət verilməsi, özünün cəzalandırılması üçün dəstək istəyir.

Ruslan Xəlili






17 Fevral, 2011  18:12 Baxılıb: 2043 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43







21 İyul, 2020  10:06













sagbanner