Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dollar Azərbaycanda 12 illik minimuma endi

Dolların ucuzlaşması öz təsirinin avroya da göstərib

2011-ci ildə ABŞ valyutasının rəsmi məzənnəsi 0,4% ucuzlaşıb Dünya maliyyə bazarlarında ABŞ dollarının ucuzlaşması öz təsirini Azərbaycanda da göstərir. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ölkəmizdə dolların manata nisbətən rəsmi məzənnəsi ucuzlaşması tendensiyası davam edərək 12 ildə ən aşağı həddə düşüb. Mərkəzi Bankın məlumatına görə, fevralın 17-də ABŞ valyutasının manata nisbətən rəsmi məzənnəsi 79,50 qəpik müəyyən edilib. Bu, 5 iyul 1999-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 dollar 79,50 qəpiyə (3975 AZM) bərabər olub. Ümumilikdə 2011-cu ilin ilk 2 ayında dollar manata nisbətən 0,4% ucuzlaşıb. Bu müddətdə dolların manata olan rəsmi məzənnəsi 79,79 qəpikdən 79,50 qəpiyə düşüb. Xatırladaq ki, 2009-cu ildə milli valyutamız ABŞ dollarına nisbətən 0,2% ucuzlaşsa da, ötən il 1%-ə qədər möhkəmlənə bilib. Dolların ucuzlaşması öz təsirinin avroya da göstərib. Fevralın 17-də Avropa valyutasının rəsmi məzənnəsi 1 manat 8 qəpiyədək yüksəlib. Cari ildə avro manata nisbətən 2,3% bahalaşıb. Hazırda dünya bazarlarında 1 ABŞ dolları 1.3551 avroya bərabərdir. 






17 Fevral, 2011  17:45 Baxılıb: 1833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16