Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Apple”in yaradıcısı ölüm ayağında

Stiv Cobsun şok şəkilləri yayımlanıb

“Apple” şirkətinin rəhbəri Stiv Cobsun şok şəkilləri dərc olunub. Lent.az-ın verdiyi məlumata görə, “National Enquirer” jurnalında dərc olunan fotoşəkillərdə görünür ki, Stiv Cobs son dərəcə arıqlayıb, saçları seyrəlib. 

Bu, xərçəng xəstəliyinin müalicəsi zamanı istifadə olunan kimyaterapiyanın doğurduğu nəticədir. ABŞ-ın ən varlı adamlarından biri olan Stiv Cobs artıq 20 kiloqram çəki itirib. Stiv Cobsun şəkilləri müalicə aldığı Stenford Şiş Xəstəlikləri Mərkəzində arvadı ilə birgə nahar edərkən çəkilib.

Qeyd edək ki, yanvarın sonunda Stiv Cobs müddətsiz məzuniyyətə çıxıb və diqqətini sağlamlığına yönəldəcəyini bildirib. Professor Semyuel Ceykobson “National Enquirer” jurnalına açıqlamasında deyib ki, fotoşəkillərə əsasında belə nəticəyə gəlmək olar ki, 6 milyard dollar sərvəti olan Stiv Cobsun 1,5 ay ömrü qalıb.

Stiv Cobs mədəaltı vəzi xərçəngin əziyyət çəkir. Milyarderə bu diaqnoz 7 il əvvəl qoyulub. 2009-cu ildə “Apple” şirkətinin rəhbəri İsveçrədə cərrahi əməliyyat olunub. Statistikaya görə, mədəaltı vəzinin xərçəngindən əziyyət çəkənlərin yalnız 4 faizi 5 ildən çox yaşayır.

“Apple” şirkəti Stiv Cobsun fotoşəkilləri ilə bağlı şərh verməyib.






17 Fevral, 2011  17:38 Baxılıb: 1669 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner