Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Obamanın çağırışına İsa Qəmbər və Rəbiyyət Aslanovanın reaksiyası

İsa Qəmbər: “ABŞ-dan gələn mesajlar partiyaya üzv yazılmaq istəyənlərin sayına təsir göstərib”

Rəbiyyət Aslanova: “Obamanın mənə göstəriş verməsinə ehtiyac yoxdu”

Fevralın 15-də ABŞ prezidenti Barak Obama keçirdiyi mətbuat konfransında deyib ki, hakimiyyətlər dəyişiklik arzulayan xalqlara imkan verməlidilər. O, iqtidarları dəyişiklik arzusunu dilə gətirənlərə qarşı zorakı davranmaqdan çəkinməyə çağırıb. 

Müsavat Partiyasının başqanı İsa Qəmbər Azadlıq radiosuna bildirib ki, ərəb ölkələrindəki proseslər və ABŞ-dan gələn mesajlar cəmiyyətdə bir canlanma yaradıb. O, hətta partiyaya üzv yazılmaq istəyənlərin artdığını da əlavə edib. İsa Qəmbər Azərbaycanda informasiya, internet azadlığına maneələr olduğunu, siyasi azadlıqların boğulduğunu deyib: “Belə bir vaxtda Barak Obamanın son günlər insan hüquqları ilə bağlı ardıcıl mövqe göstərməsi yeni pozitiv dünya düzənindən xəbər verir”.

Müsavat başqanının fikrincə, dəyişikliklər öz-özünə baş vermir və bunun üçün xalqın dəyişiklik istəməsi və bunu reallaşdırmağa can atması vacibdir: “Hər bir xalq öz taleyinə cavabdehdir. Azərbaycan xalqı bu dəyişikliyi istəyirsə, bu dəyişikliyi ondan baqşa kimsə həyata keçirə bilməz. Belə bir əhval-ruhiyyə də hiss olunur ki, Tunisdə, Misirdə baş verənləri televizorda izləyiblər və indi Azərbaycanda da nəsə olacaq və onlar da oturub izləyəcəklər”.

Amma YAP-dan olan millət vəkili Rəbiyyat Aslanova ABŞ-ın mesajlarını öz maraqlarına, mənafeyinə uyğun yeni dünya qurmaq və insan hüquqları adı altında başqa ölkələrin daxili işinə qarışmaq cəhdi kimi qiymətləndirir. Rəbiyyət Aslanova deyir ki, Azərbaycan demokratik ölkə kimi söz və siyasi azadlıqlara öz Konstitusiyasında yer ayırıb. Əlkə vətəndaşı da bu hüquqlarından istifadə edir: “Bunun üçün Obamanın, başqa bir dövlətin, super dövlət olsa belə, başçısının mənə göstəriş verməsinə heç ehtiyac yoxdur. Şərq ölkələri üçün deyilibsə, totalitar rejimlər üçün deyilibsə, onlar da nəticə çıxarsınlar. Azərbaycana bunun qətiyyən dəxli yoxdur“.

RAMİN






17 Fevral, 2011  17:14 Baxılıb: 1683 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner