Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hakimiyyət Müsavata yer verdi

Partiya 100 illik yubileyini Təbriz kinoteatrında keçirəcək

Bakı Şəhər İcra Hakimiyyəti Müsavata fevralın 19-da paytaxtın “Təbriz” kinoteatrında partiyanın 100 illik yubileyini keçirmək icazəsi verib. Müsavat başqanının müavini Tofiq Yaqublu Simsar.az-a bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanov fevralın 17-də zəng edərək “Təbriz” kinoteatrında yubiley tədbirinin keçirilməsinə icazə verildiyini deyib: “Bu gün kinoteatrın rəhbərliyi ilə görüşüb müqavilə imzalayacağıq”.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Qurucusu və ilk başqanı Məmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Arandır. Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci il noyabrında Bakıda bərpa olunub. O zaman parlamentin sədri vəzifəsini tutan İsa Qəmbər partiya başqanı seçilib. O, 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda postunu əlində saxlayıb.






17 Fevral, 2011  16:33 Baxılıb: 1544 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner