Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident fərman imzaladı

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilsin"

Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nəzdində Dövlət Əmək Müfəttişliyinin bazasında Dövlət Əmək Müfəttişliyi Xidməti, Baş Məşğulluq İdarəsinin bazasında Dövlət Məşğulluq Xidməti, Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi və Bakı şəhər Əhalinin Sosial Müdafiəsi İdarəsi ləğv edilməklə onların bazasında Dövlət Sosial Təminat Xidməti yaradılıb.

Bundan başqa, «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu», «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə», «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə», «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında Əsasnamə», «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti haqqında Əsasnamə» təsdiq edilib.

Fərmanla ƏƏSMN aparatının işçilərinin say həddi 177 ştat vahidi, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatının işçilərinin say həddi 50 ştat vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə), Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 314 ştat vahidi, Dövlət Məşğulluq Xidmətinin aparatının işçilərinin say həddi 54 ştat vahidi, rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi 303 ştat vahidi, Dövlət Sosial Təminat Xidmətinin aparatının işçilərinin say həddi 42 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 3003 ştat vahidi müəyyən edilib.

Həmçinin Nazirlər Kabinetinə bir ay müddətində ƏƏSMN aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin maliyyələşdirilməsi və digər təminatı ilə bağlı məsələləri həll etmək, üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının, Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb, «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan prezidentinin 1999-cu il 11 yanvar tarixli fərmanının 1-ci bəndi qüvvədən düşmüş hesab edilib.






17 Fevral, 2011  15:25 Baxılıb: 2174 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner