Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DSMF-nin gəlirləri 11 faiz artacaq

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü ildə gəlirlərinin ötən illə müqayisədə 11% artacağı proqnozlaşdırılır. Simsar.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü il büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı çıxış edən DSMF-nin sədr müavini Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, Fondun 2014-cü il üçün gəlirləri 2 928 mln. manat həcmində nəzərdə tutulub: «Gəlirlərin 60,8%-ni və ya 1 784 mln. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9% artım deməkdir».

DSMF rəsmisi bildirib ki, gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 mln. manat təşkil edəcək: «Fondun xərcləri gələn il üçün 2 928,5 mln. manat həcmində proqnozlaşdırılır. Bu, 2013-cü ilin proqnozuna nisbətən 295,8 mln. manat və ya 11,2% çoxdur. Əhaliyə ödənişlər 2 861,8 mln. manat təşkil edəcək. Əmək pensiyalarının ödəniş xərcləri isə əhaliyə ödənişlərin 97,4%-ni təşkil edəcək. Pensiya ödənişlərinə 2 788,6 mln. manat yönəldiləcək. Bu da 2013-cü illə müqayisədə 11,5% və ya 288,3 mln. manat çoxdur».

E.Mehdiyev qeyd edib ki, DSMF 2014-cü ildə büdcədənkənar təşkilatlardan daxilolmaların artımını proqnozlaşdırır: «Gələn il üçün Fondun gəlirləri ümumilikdə 2,928 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisini 11,2% üstələyir. Gələn il dövlət büdcəsindən DSMF-nin büdcəsinə transfertlərin həcminin azaldılması planlaşdırılır. DSMF-nin ümumi gəlirləri strukturunda dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 38,9% təşkil edir ki, bu da 2013-cü ilin göstəricisindən 2 faiz bəndi aşağıdır».

Elmar Hüseynov







14 Noyabr, 2013  13:59 Baxılıb: 1272 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner