Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Corc Vaşinqton Universitetində “Dağlıq Qarabağ Münaqişəsi: Hüquqi Təhlil” kitabının təqdimatı keçirilmişdir

Fevralın 16-da ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər məktəbində Azərbaycan Araşdırmaları üzrə Vaşinqton mərkəzinin təşkilatçılığı ilə alman alimi Heyko Krüqerin “Dağlıq Qarabağ münaqişəsi: Hüquqi təhlil” kitabının təqdimatı keçirilmişdir.

Universitetin professor və tələbə heyəti, eləcə də diplomatik korpus və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Heyko Krüqer çıxış edərək 164 səhifəlik elmi işində toxunduğu əsas məsələlər barədə məlumat vermişdir. Alman alimi vurğulamışdır ki, separatçı münaqişələrin hüquqi aspektlərinin qeyri-müəyyənliyə doğru getdiyi bir vaxtda bu sahədə beynəlxalq hüquq bazasını araşdırmaq zərurəti yaranmışdır. 2008-ci ildə Kosovonun müstəqilliyinin tanınması ilə bağlı ziddiytələr, daha sonra isə, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması ilə bağlı müəmmalar münaqişələrin həllində hüquqi tərəfin dərindən öyrənilməsini bir daha gündəmə gətirir və münaqişələrin həlli prosesində hüquqi aspektin nəzərə alınmasını vacib edir. Krüqerin kitabı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diqqəti iki məqamda cəmləşdirir: Sovet və beynəlxalq hüquq qanunları altında Dağlıq Qarabağın ayrılmasına imkan verən legitim əsasların olub-olmaması və Ermənistan Respublikasının bununla bağlı addımlarının beynəlxlaq hüquq çərçivəsinə sıqıb-sığmaması məsələləri. Alim apardığı araşdırma və topladığı faktların əsasında bu qənaətə gəlmişdir ki, Dağlıq Qarabağın Azərbaycana məxsusluğu nə Sovet, nə də beynəlxlaq hüquq çərçivəsində şübhə altına alına bilər. Azərbaycanın bu və ətraf yeddi bölgəsinin davamlı qanunsuz işğalı Ermənistan Respublikasının birbaşa hərbi müdaxiləsi, siyasi və maliyyə dəstəyi nəticəsində həyata keçirilmişdir. Özünü de-fakto suveren qurum adlandıran Dağlıq Qarabağ bu gün də bütünlüklə Ermənistan Respublikasından asılıdır. Belə olduğu təqdridə Dağlıq Qarabağın müstəqil dövlət kimi fəaliyyət göstərməsi haqda söhbət ola bilməz. Hər iki şərt Azərbaycana münaqişənin həllində yalnız ərazi bütövlüyü prinsipini əsas tutmağa əsas verir. Krüqerin fikrincə, ATƏT-in vasitəçi Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağın hüquqi statusunun danışıqlar nəticəsində müəyyənləşəcəyini bildirsələr də, beynəlxlaq hüquq kitabları bu statusun Azərbaycanın tərkib hissəsində müəyyənləşdiyini sübut edir.

Heyko Krüqer məruzəsində Dağlıq Qarabağin tarixi hüquqi statusuna da toxunmuşdur. O, bildirmişdir ki, Qafqazın bir hissəsi kimi Dağlıq Qarabağ əsrlər boyu çoxsaylı etnik mənşəli millətələrin məskəni olmuş və bundan irəli gələrək müxtəlif nüfuzların çəkişmə nöqtəsində çevrilmişdir. Alim vurğulamışdir ki, ötən minilliyin ortalarınadək ərazi azərbaycanlılıar tərəfindən idarə olunmuşdur. Lakin, 19-cu əsrdən başlayaraq Rusiya, İran və Osmanlı İmperiyasının arasında gərginlik Dağlıq Qarabağa digər etnik azlıqların kütləvi köçürülməsinə yol açmışdır. Bu yolla ermənilər bura axışaraq Dağlıq Qarabağda çoxluq təşkil etmişlər. Lakin, hüquqi baxımdan Dağlıq Qarabağ həmişə Azərbaycanın nəzarəti altında olmuşdur. 1921-ci ildə Dağlıq Qarabağı Azərbaycan Sovet Sosialist Respublikası tərkibində saxlamaq haqda qərar qəbul edilmiş və ərazi Sovet İttifaqının bir hissəsinə çevrilmişdir.

Alman aliminin məruzəsi tədbirdə iştirak edən Ermənistan Respublikasının və dırnaqarası Dağlı Qarabağ respublikasının nümayəndələri tərəfindən kəskin qarşılanmışdır. Emosiyalarını cilovlaya bilməyən tədbirin erməni iştirakçıları alimi fakt saxtakarlığında ittiham etmişlər.

ABŞ-ın Corc Meyson Universitetinin tədqiqatşıcı, professor Rövşən İbrahimov AzərTAc-a demişdir: “Heyko Krüqerin elmi işi Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini və bölgənin hüquqi baxımdan mümkün ayrılma yollarını təhlil edən ilk qərb alimi tərəfindın yazılan kitabdır. Araşdırmanın nəticələri bir daha sübüt edir ki, nə Sovet, nə də beynəlxalq hüquq prinsipləri çərçivəsində Dağlıq Qarabağın müstəqilliyi tanına bilməz. Maraqlıdır ki, burada iştirak edən erməni həmkarlarımızın bu cür hüquqi faktlara cavabı yalnız tarixi yozumlardan ibarət idi. Bu isə, təbii ki, hüquq aləmində dəlil heab oluna bilməz”.






17 Fevral, 2011  14:15 Baxılıb: 1800 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner