Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İraqda nümayişlər olub

Təhlükəsizlik işçiləri nümayişçilərə atəş açaraq azı bir nəfəri öldürüb və 30-a qədər nümayişçini yaralayıb.

Simsar.az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, yüzlərlə iraqlı Kut şəhərində yerli hökumət binasına hücum edib. Onların başlıca şikayəti ictimai xidmətin keyfiyyətsizliyindən qaynaqlanır. Təhlükəsizlik qüvvələri ilə toquşma zamanı azı bir nəfər həlak olub.

2000-dən çox insan bu gün nümayişlərə qatılaraq Vasit vilayətində korrupsioner rəsmilərin vəzifələrindən azad edilməsini tələb ediblər. Bəzi nümayişçilər hökumət idarələrini daşa basmış və binaların həyətində yanğınlar törətmişlər.

Rəsmilər təhlükəsizlik işçilərinin nümayişçilərə atəş açaraq azı bir nəfəri öldürdüklərini və 30-a qədər nümayişçini yaraladıqlarını bildiriblər.

İraqlılar son günlərdə müxtəlif şəhərlərdə kiçik miqyaslı nümayişlər keçirərək elektrikin və başqa kommunal xidmətlərin yaxşılaşdırılmasını tələb edirlər. Nümayişlər ərəb dünyasının başqa yerlərində keçirilən hökumət əleyhinə nümayişlərlə eyni vaxta təsadüf edir.






17 Fevral, 2011  13:20 Baxılıb: 1551 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner