Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda orta aylıq pensiyanın məbləği 114 manata çatacaqdır

2010-cu ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət və uğurlu antiböhran tədbirləri sayəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunmuş, bununla belə istehlak qiymətlərinin 5,7 faizlik indeksi qeydə alınmışdır.

Bu göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədilə əmək pensiyalarının sığorta hissəsinin həmin həddə indeksləşdirilməsini təmin etmək üçün Prezident İlham Əliyev 2011-ci il fevralın 15-də “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalamışdır. Sənədə əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2011-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcəkdir. Bununla yanaşı, sığorta olunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaqdır.

Bu sözləri fevralın 16-da Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə müsahibəsində demişdir.

S.Müslümov bildirmişdir ki, dövlət başçısının “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamı ilə 617 min 347 nəfərin əmək pensiyasının sığorta hissəsinə indeksləşdirilmə tətbiq olunacaqdır. Cari il yanvarın 1-nə ölkədə 1 milyon 292 min 348 nəfər pensiyaçı vardır. Bunun 675 min nəfərinin pensiyasının sığorta hissəsi yoxdur. Yəni, bunlar minimum pensiya alanlar, yaxud xüsusi şərtlərlə pensiya alanlardır (hərbi qulluqçular, dövlət qulluqçuları və s.). Yerdə qalan 617 min 347 nəfərin sığorta hissəsi vardır və onların pensiyalarının sığorta hissəsi indeksləşdiriləcəkdir. Ümumilikdə isə artımlar fərqli olacaq, yəni kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı da yuxarı olacaqdır. Hər kəsin əmək pensiyasının sığorta hissəsi neçə manat təşkil edirsə, onun 5,7 faizi qədər artım olacaqdır. Bu, avtomatlaşdırılmış şəkildə həyata keçiriləcəkdir.

Vurğulamışdır ki, ümumilikdə, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,4 milyon manat, il ərzində isə 18 milyon manat əlavə vəsait tələb olunacaqdır. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapmışdır. Maliyyələşmənin həyata keçirilməsi üçün heç bir problem yoxdur və bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 114 manata çatacaqdır.

Fondun sədri diqqətə çatdırmışdır ki, ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli, şəffaf şəkildə bölgüsünə imkan verir. Sığorta-pensiya sistemində informasiya kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində dövlət başçısının əmək pensiyalarının istər baza hissəsinin artırılması, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarının icrası avtomatlaşdırılmış qaydada həyata keçirilməkdədir. Əvvəlki sistemdə pensiyalara artımların müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə metodları əsasında və müxtəlif vaxtlarda aparılması həmin tədbirdən kənarda qalan bu və ya digər pensiyaçılar kateqoriyasının haqlı narazılığı ilə nəticələnirdi. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılmasını, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur. Bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmasına başlanmışdır. Prezident İlham Əliyevin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilmişdir.






17 Fevral, 2011  02:57 Baxılıb: 1272 Çap

Bu bölmədə

16 Sentyabr, 2020
Neft yenidən bahalaşdı
25 Mart, 2020
Neft bahalaşdı

XƏBƏR LENTİ







25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

sagbanner