Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Pakistanın ingilisdilli mətbuatında ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi və azərbaycanlıların deportasiyası haqqında məqalələr dərc olunmuşdur

Pakistanın nüfuzlu ingilisdilli “The News İnternational” və “Daily Times” qəzetlərinin 16 fevral tarixli nömrələrində ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi və burada yaşayan azərbaycanlıların deportasiyası barədə məqalələr dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, “The News İnternational”dakı “Ermənistanın paytaxtı - tarixi Azərbaycan şəhəri” sərlövhəli məqalədə Yerevan şəhərinin tarixən Ermənistana məxsus olması barədə iddiaların həqiqəti əks etdirmədiyi, heç bir tarixi fakta əsaslanmadığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, qədim Urartu dövlətinin indiki Ermənistan ilə əlaqəli olmasına dair erməni iddiaları da boş və mənasızdır. Əsl adı İrəvan olan şəhər Azərbaycan hökmdarı I Şah İsmayılın əmri ilə sərkərdə Rəvanqulu xan tərəfindən 1515-ci ildə salınmışdır.

Yazıda XIX əsrin əvvəllərində Çar Rusiyasının işğal etdiyi Azərbaycan torpaqlarında özünə dayaq məntəqəsi yaratmaq məqsədilə İran və Türkiyədə yaşayan erməniləri İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə köçürdüyü, daha sonra bu ərazilərdə ermənilərin sayını artırmaq üçün xüsusi tədbirlər həyata keçirdiyi oxucuların diqqətinə çatdırılmışdır.

Sovet imperiyası dövründə də azərbaycanlıların qədim Azərbaycan torpaqlarından qovulması prosesinin davam etməsi, imperiyanın süqutu ərəfəsində isə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların kütləvi şəkildə deportasiya edilməsi və erməni şovinistlərinin “azərbaycanlılarsız Ermənistan” planının tamamlanması məsələləri ətraflı təhlil olunmuşdur.

“Daily Times” qəzetinin İslamabad ofisinin rəhbəri Səid Minhasın “Qafqazda nifrət toxumları” sərlövhəli yazısında isə Çar Rusiyasının Cənubi Qafqazda apardığı imperialist siyasətinin tərkib hissəsi olaraq ermənilərin İran, Türkiyə və digər ölkələrdən qədim Azərbaycan torpaqlarına köçürülməsinin və beləliklə, ermənilər vasitəsilə azərbaycanlıların öz dədə-baba yurdlarından qovulmasının mərhələli şəkildə həyata keçirildiyi qeyd olunmuşdur.

Müəllif çarizmin “parçala, hökm sür” siyasətinin Azərbaycan torpaqlarında tətbiq edilməsi nəticəsində Cənubi Qafqazda heç vaxt olmamış xəyali “böyük Ermənistan” ideyasının ortaya atıldığını, hazırkı ermənilərin əksəriyyətinin başqa ölkələrdən regiona köçürüldüyünü yazır. S.Minhas ermənilərin bu uydurma ideyalarına haqq qazandırmaq üçün indiki Yerevan şəhərinin mənşəyini Nuh peyğəmbərə bağlamaqla özlərini dünyanın ən qədim xalqı kimi qələmə verməkdən çəkinmədiyini, lakin bu əfsanələrin uğursuz olduğunu vurğulamışdır. Ermənilər qədim Urartu dövlətinin onlar tərəfindən qurulması iddiasına münasibət bildirən S.Minhas bu təşəbbüslərin saxta üsullarla tarix yaratmaq cəhdindən başqa bir şey olmadığını demişdir. Tarixçilər Urartu dövləti ilə indiki Ermənistan arasında heç bir əlaqə görmürlər.

S.Minhas Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə İrəvan və Qarabağ xanlıqlarının ərazisinə köçürülməsinə dair çarizmin planlarını səfir A.Qriboyedovun 1828-ci ildə yazdığı rəsmi məktubdan sitat gətirməklə göstərmişdir: “Ermənilərin rus qoşunları tərəfindən işğal edilmiş Təbriz, Xoy, Salmas və Marağadan Naxçıvan, İrəvan və Qarabağa köçürülməsi vacibdir”.

Məqalədə N.Şavrovun “İndi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu yerli əhali deyil” qeydlərinə də yer verilmişdir.






17 Fevral, 2011  02:54 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ








5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31




sagbanner