Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Neftçi" lənkəranlı azarkeşlərə təşəkkür

Azərbaycan Premyer Liqasının bəzəyi olan "Neftçi" - "Xəzər Lənkəran" görüşü arxada qaldı.

Azerisport.az xəbər verir ki, bu görüş bir neçə gündür başa çatsa da, böyük ajiotaj hələ də qalmaqdadı.

Bu arada “Neftçi” rəhbərliyi bəyanat yayaraq, komandaya dəstək verən hər kəsə, xüsusilə öz azarkeşlərinə, həmçinin lənkəranlı tərəfdarlara minnətdarlığını bildirib. Həmin bəyanatı təqdim edirik:

“Oyunöncəsi "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov fan-klublarla görüş keçirərək, onların komandaya möhtəşəm dəstək olması üçün müvafiq tapşırıqlarını verdi. Məhz bu görüşün bariz nəticəsi olaraq, azarkeşlər bu böyük qarşılaşmaya rəng qatdılar."Neftçi" klubu matçda asayişi qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları, hər iki klubun təhlükəsizlik xidmətinin üzvləri və stadion rəhbərliyinə oyunun yüksək səviyyədə keçməsini təmin etdikləri üçün təşəkkür edir.

"Neftçi" PFK-nın rəhbərliyi "ağ-qara" rənglərə könül verən azarkeşlərə də dərin minnətdarlığını bildirir. "Xəzər Lənkəran"la keçirilən son derbi oyununda "Flaqman", "UltraNeftçi" və "Forza Neftçi" fan-klubları komandamıza möhtəşəm dəstək verdilər. Onlar derbi matçında tribunalarda əla atmosfer yaradaraq, komandamıza mükəmməl dəstək verərək, flaqmanın əsl ruhuna çevrildilər.

Klub rəhbərliyi həmçinin, rəqib komandanın tərəfdaralarına da təşəkkürünü bildirir. Matçın əsl futbol şöləninə çevrilməsi üçün hər iki klubun fanatları əllərindən gələni etdilər. Doğrudu, oyunda xırda istənməyən insidentlər baş versə də bu oyunun ümumi atmosferirə təsir etmədi. "Neftçi" rəhbərliyi bir daha belə xırda insidentlərin təkrarlanmaması, onların qarşısını almaq üçün lazımi tədbirləri görəcək”.






17 Fevral, 2011  01:43 Baxılıb: 3616 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner