88 yaşlı İtaliya sakini Miranda Bricotti həyatında ilk sürücülük vəsiqəsini 88 yaşında alıb.
Simsar.az xəbər portalının «İTAR-TASS»a istinadən verdiyi məlumata görə, o, ölkəsində sürücülük vəsiqəsinə imtahan verən ən yaşlı şəxs adını qazanıb.
Yaxşı yaddaş və sağlamlığa malik olan Miranda hələ bir neçə ay əvvəl sürücülük kursuna yazılıbmış. Tibbi baxışdan sağlam keçən qarı imtahanda yol hərəkəti qaydaları haqda sualları nəvələri, hətta nəticələri yaşda olan digər iddialılardan daha yaxşı cavablandırıb.