Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BBC RADİOSUNUN BAĞLANMASINA ETİRAZ

Tanınmışılar İngiltərə hökumətinin addımını demokratiyaya zidd hesab edir

BBC radiosunun Azərbaycan xidməti bu ilin aprelindən başlayaraq yalnz internet vasitəsilə fəaliyyətini davam etdirəcək. Bununla bağlı Media Mərkəzində dəyirmi masa keçirilib. 
BBC radiosunun Azərbaycan xidmətinin bağlanması iki səbəblə əlaqələndirilib: radio vasitəsilə dinləyicilərin sayının azalması və radionun üzləşdiyi maliyyə problemi.
Bildirilib ki, korparasiyda 650 iş yeri ixtisar olunub. BBC rəsmilərinin hesablamalarına görə, Azərbaycan xidmətinin qısa dalğadan çıxarılması ilə radio 180 milyonluq auditoriyasından 30 milyonunu itirəcək.

Tədbirdə iştirak edən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli bu qərarı yalnış qiymətləndirib: “Media holdinqlər yeni medianın sınağından vaxtında keçməsələr onlar ciddi problemlərlə üzləşir. Fakt odur ki, Azərbaycan mediası bunda uduzur. Bizim çevrəmiz daha da daralır, söz demək imkanlarımız daha da azalır”.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı İngiltərə hökümətinin gətirdiyi dəlilləri əsassız hesab etdiyini dilə gətirib: “İnsanlar həqiqətə, reallağa qulaq asmaq istəyir. Harda eşidir bu reallığı? İngiltərə hökumətinin atdığı addım Azərbaycanda demokratiyanın inkişafına, ictimaiyyətin tam qərəzsiz məlumatlandırılmasına mane olan səbədir”.

BBC radiosunun Azərbaycan xidmətinin nümayəndəsi Səadət Bənənyarlı BBC-nin aztəminatlı insanlar üçün sərfəli informasiya vasitəsi olduğunu bildirdib: “Böyük Britaniya hökümətinin bu qərarı bizim üçün gözlənilməzdir. İnanmıram ki, İngilrədə iqtisadi böhran o dərəcəyə çatsın ki, BBC radiosunun fəaliyyətini dayandırsın”.

Jurnalist İlhamiyyə Rza radionun bağlanma səbələrini əsasız sayır: “Müstəqil, qərəzsiz informasiya mənbələrinin barmaqla sayılacaq qədər az olduğu bir dövrdə BBC-nin də fəaliyyətinin məhdudlaşması yaxşı hal deyil. Bəlkə də onlayn rejimdə işləmək daha yaxşı olacaq, amma BBC-nin bağlanmasına gətirilən arqumentləri qəbul etmirəm. Belə çıxır ki radioda işləmək baha, internetdə işləmək daha ucuz olacaq. Amma bu, belə deyil, əgər onlayn variantını keyfiyyətli görəmək istəyirlərsə, bu da maliyyə tələb edir”.

Hüquq müdafiəçisi Ələsgər Məmmədli qeyd edib ki, Azərbaycanda azad ortam yaradan xarici radiostansiyalar idi: “2009-cu ildə Azərbaycanda xarici radioların FM dalğalarının fəaliyyətinin dayandırlması Azərbaycan cəmiyyəti üçün artıq azad fikirli medianın itirilməsi oldu. Bu da iki il öncəki addımın nəticəsidir. İndi orda ixtisarlar gedib və mən bildiyim qədər səkkiz nəfər azrbaycanlı işçi kənarlaşdırılıbsa, demək, informasiyanın çatdırılması əvvəliki səviyyədə olmayacaq. Bunu bizimlə bərabər Azərbaycan höküməti də bilirdi, ona görə onların yayım dalğası dayandırıldı. Biz, Azərbaycan cəmiyyəti olaraq milli resurslardan istifadə yollarını genişləndirməyə çalışmalıyıq. Bu gün Azərbaycanda bir dənə də olsa regional FM radiosu yoxdur. Bu çox ucuz texnikadır. Niyə siz Ağsuyu keçəndən sonra avtomobillərinizdə erməni radiosu, cənub bölgəsinə getdikdə fars, şimal-qərb bölgələrində gürcü radiosu dinləməlisiniz? Önəmli bizim olana sahib çıxaq onu bizə verməyənlərin əlindən almağa çalışaq. İngilis hökumətindən nəyisə tələb etmək ikinci planda olmalıdır”.

Jurnalist Xədicə İsmayıl qərarın dəyişilmə ehtimalı olduğunu deyib: “Azadlıq radiosunun sınağı göstərdi ki, onlayn üsulu daha çox vəsait tələb edir. Ümumiyyətlə, demokratik cəmiyyətdə bu kimi hallara çarə tapılır. Bu şəraitdə keyfiyyətli jurnalistika nümunəsi ortaya çıxarmaq çox çətindir. Bunu edən çox az jurnalist qurumları var və onları qorumaq lazımdır. BBC keyfiyyətli jurnalistika nümunəsi kimi Azərbaycanda jurnalistlərinə də örnək idi. Ölkədə informasiya məhdud şəkildə çatdırılır”.

Böyük Britaniya səfirliyinin nümayəndəsi Paulin Klark BBC radiosunun Azərbaycan xidmətinin qısa dalğadan çıxarılmasına münasibətini bildirib: “Bu müstəqil qurum olan “BBC World Service”nin qərarıdır. Radionun bağlanmasında birbaşa Britaniya hökümətinin əlaqəsi yoxdur. BBC-nin baş direktoru Mark Toms da BBC-nin dünya xidmətinə investisiyaların artırılmasında maraqlıdır”.

Tədbirin sonunda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə təqdim olunacaq bəyanat imzalanıb.

Arifə MİKAYILOVA






16 Fevral, 2011  23:10 Baxılıb: 1825 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54






sagbanner