Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Daha hansı məmur getsİn?

Jurnalistlər köklü dəyişiklik istəyir 

Yanvarda keçirilən 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə prezident İlham Əliyev rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı dövlət strukturlarının rəhbərlərinə tapşırıqlar verdi. Prezident korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin labüd olduğunu dedi. 

Bundan sonra bir sıra dövlət qurumlarında kadr islahatları həyata keçirildi və 3 nəfər “Azərsu” MMC-nin sədri Nizaməddin Rzayev, Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev işdən azad edildi.

Eyni zamanda gömrük, vergi sistemində əlavə ödənişlərin aradan qaldırılması isitiqamətində islahatlara start verildi. Mətbuat prosesin davam edəcəyini yazır.

Görəsən müxtəlif qəzetlərdə çalışan həmkarlarımız bu barədə nə düşünür? Kim hansı məmurun vəzifəsindən getməsini arzulayır?

Simsar.az saytı müxtəlif qəzetlərdə çalışan jurnalistlər arasında bu mövzuda sorğu keçirib.


“İdaraetmə sistemində dəyişiklik etmək lazımdır”

“Yeni Müsavat” qəzetinin jurnalisti Elşad Məmmədliyə görə idarəetmə sistemində dəyişiklik edilməlidir:

-Hansısa məmurun dəyişməsinin önəmi yoxdur. Təzə gələn məmur da həmin sistemlə işləyəcək. Azərbaycanda idarəetmə sistemi dəyişməyənə qədər hansısa məmuru dəyişməyə ehtiyac yoxdur. İdaraetmə sistemində dəyişiklik etmək lazımdır.

“Hazırkı sistemdə köklü dəyişiklik etmək lazımdır”

Jurnalist Gulnaz Qəmbərli hesab edir ki, məmurun vəzifəsindən uzaqlaşdırılması hələ problemin həlli demək deyil:

-Məmurun tutduğu vəzifədən azad edilməsi hələ o demək deyil ki, bütün problemler həll olunacaq. Problemlərin həll olunması üçün hazırkı sistemdə köklü dəyişiklik etmək lazımdır. Məgər onun yerinə gələn məmur ondan yaxşımı olacaq? Məncə yox.

“Məmurların hamısı getməlidir”

Jurnalist Çingiz Sultansoy hesab edir ki, məmurların bir çoxunun korrupsiya əməliyyatlarında maraqları var:

-“Azadlıq” radiosunun saytının «Korrupsiometr» bölməsində bir çox dövlət qurumlarında korrupsiya faktlarını və əməliyyatlarını aşkara çıxaran çoxsaylı jurnalist araşdırmaları var. Əməkdaşları və başçıları korrupsiya əməliyyatlarının iştirakçısı olan bütün nazirliklər, faktlara və sənədlərə əsaslanan məqalə və araşdırmalardan sonra da heç bir ölçü götürmədilər. Əgər götürmədilərsə, açıq-aşkar etiraf etdilər ki, bu korrupsiya əməliyyatlarında maraqları var. Korrupsiya onların fəaliyyətinin əsasıdır.

“Məmurların hamısı istefa versin”

“Azadlıq” qəzetinin müxbiri Ramin Deko ölkədəki idarəetmə sisteminin tamamilə yenilənməsini istəyir:

-Korrupsiyaya bulaşmış bütün inzibati orqanların, bütün məmurların istefa verib getməsini istəyirəm. Amma sual olunur, gedəcəklərmi?”

“Versiyam yoxdur”

Jurnalist Rəbiqə Zeynalova ölkədə aparılacaq islahatların əleyhinə deyil:

-Düşünürəm ki, bu cür islahatlar davam edəcəck. Amma kimlərin işdən çıxarılacağı ilə bağlı hər hansı versiyalarım yoxdur.


“Bunun üçün fakt olmalıdır”

“Yeni Azərbaycan” qəzetinin müxbiri Pərviz Sadayoğlu hesab edir ki, işini layiqli yerinə yetirə bilməyənlər uzaqlaşdırılmalıdır:

-İşinin öhdəsindən gələ bilməyən məmurlar uzaqlaşdırılmalıdır. İstər qurumlar, istərsə də məmurlar üçün ölkənin inkişafı əsas proritetdi. Deyə bilmərəm kim getsin, bunun üçün insanın əlində fakt olmalıdır.

“Məmurun 5 ildən artıq eyni vəzifədə çalışması korrupsiya və rüşvətxorluğa yol açır”

“Üç Nöqtə” qəzetinin müxbiri Xalid Kazımov da ad çəkmir:

-Dünya təcrübəsində qəbul olunmuş meyar ondan ibarətdir ki, 5 ildən artıq eyni vəzifədə çalışan məmur korrupsiya və rüşvətxorluğun yaranmasına şərait yaradır. Əgər hər hansı bir məmur 5 ildən artıq eyni vəzifədə çalışacaqsa, əlbəttə bu mənfi hallara yol açacaq.


Aylin






16 Fevral, 2011  22:39 Baxılıb: 1697 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner