Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İKİ YÜZ, ÜÇ YÜZ MANAT MAAŞ ALAN ADAM NECƏ OLUR Kİ, 100 MİNLİK MAŞIN, 500 YÜZ MİNLİK EV ALIR”

Çingiz Abdullayev: “həyatımız siyasi dedektivdən ibarətdi”

Xalq yazıçısı Çingiz Abdullayevin özü ilə danışmaq kitablarını oxumaq qədər maraqlıdır. Dediyinə görə, hələ orta məktəb illərindən yazmağa başlasa da, nə vaxtsa peşəkar yazıçı olacağı heç ağlına da gəlməyib. Siyasi dedektiv romanları ilə məşhur olan yazıçıyla yaradıcılığından danışmadıq. Son günlər ölkədə yaşanan proseslərə münasibətini öyrəndik. Yazıçı həmçinin nobel mükafatına layiq görülən Orxan Pamukla bağlı məqamları da təfərrüatı ilə təsvir etdi. 


“İnsanları ən çox maraqlandıran iki şeydi: pul və ölüm”

-Korrupsiyaya qarşı mübarizə elan olunub, Azərbaycanda korrupsiyanın kökünü kəsmək mümkündür?
-Hər yerdə mümkündür. Gürcüstanda korrupsiyyanın kökünü yavaş-yavaş kəsirlər. Əgər, Gürcüstan kimi bir ölkədə bunu edə biliblərsə, bizdə də edə bilərlər. Deklarasiyalar var. İki yüz, üç yüz manat maaş alan adam necə olur ki, 100 minlik maşın alır, 500 yüz minlik ev alır? Bunu soruşmalıdırlar. Hansı məmur olur olsun, yazmalıdır ki, bu pullar hardandı. 

-Niyə son illər kriminal hadisələrin sayı çoxalıb?
-Insanlar svilizasiyaya doğru getməlidirlər. Amma görünür biz o biri tərəfə doğru yavaş – yavaş gedirik. Məndən çox vaxt soruşurlar ki, nəyə görə siyasi dedektiv yazirsan?Bizim həyatımız son 20 ildə elə siyasi dedektivdi, hamısı kriminaldı. Nəinki Azərbaycanda, Rusiyada, Amerikada, hər yerdə kriminal hadisələr var. Balzak vaxtilə demişdi ki, adamları ən çox maraqlandıran iki şeydi: pul və ölüm. Heç məhəbbət insanları çox maraqlandırmır. Pul və öülm, hər ikisi isə kriminaldı. 


-2,3-cü sinif şagirdlərinə keçirilən Hayat bilgisi adlı dərslikdə bir siçan özünü asır, digər siçanlar isə bu hadisəni maraqla izləyirlər. İbtidai sinif şagirdinə belə dərslik lazımdırmı?
-Mən o kitabı görməmişəm. Bu, o kitabı seçən insanların mövqeyindən asılıdır.

-Orxan Pamuku oxuyursunuz?
-Nəinki oxuyuram, onu şəxsən tanıyıram. Evimdə olub, mən də onun evində olmuşam. Çox gözəl, maraqlı və istedadlı insandı. Hesab edirəm ki, o, türk dünyasının böyük yazarıdır.

-Orxan Pamuk deyir ki, mən o dedektiv əsəri oxuyaram ki, orada müəllif də özü də qatilin kim olduğunu bilməsin. Siz əsərinizdə əvvəlcədən qatilin kim olduğunu bilirsiniz?
-Mən özüm də heç vaxt qatilin kim olduğunu bilmirəm. Əsərdə qəhrəmanlar mənimlə mübahisə edirlər. Sonda elə olur ki, mədən asılı olmayaraq, mən istəmədən kimsə çıxır və qatil o olur.  

-Orxan Pamuk nobel mükafatına layiqdir?
-Əlbəttə layiqdir. Ancaq onun ermənilərlə bağlı bəzi fikirlərini qəul etmirəm. Başa düşürəm ki, o, yazıçı kimi həmişə həqiqəti demək istəyir, mən də hər zaman həqiqəti demək istəyirəm. Amma o, başa düşməlidir ki, onun sözü öz dövlətinə, xalqına zərbə vura bilər. Bu baxımdan yazıçının məsuliyyəti çox yüksəkdir. Onun özünə də demişəm ki, mən onun ermənilərlə bağlı fikirləriylə razı deyiləm. 

-Deyirlər ki, Orxan Pamuk ermənilərin türklər tərəfindən qırılıdığını dediyi üçün ona nobel mükafatı veriblər?
-Çox vaxt insanlar başa düşmür ki, o nəyə görə belə deyib. Zaman olub ki, türkləri ermənilər qırıb. Amma ermənilər də türklərə zərbə vurublar ona görə də türklər onları qırıb. Amma bu necə olub?bunu araşdırmaq lazımdır. 500 il ermənilər Türkiyə torpaqlarında yaşayıblar. İndi də minlərlə erməni orda yaşayır. Hələ o vaxtlar Osmanlı imperiyasında erməniləri milləti sadiq kimi çağırırdılar. Çünki onlar osmanlı imperiyasına çox sadiq idilər. Bir çox vəzifələrdə də ermənilər idi. Ermənilər genosid məsələsini uydurublar. Heç də hər yerdə onları öldürmürdülər. Təbii ki, Orxan Pamuk belə deməməli idi. Axı ermənilər də bundan istifadə edir. Bu birtərəfli deyiləndə türklərə bu pis təsir etdi. 

Aynurə Həsənova






16 Fevral, 2011  22:11 Baxılıb: 2602 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner