Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Şəfiqə Nağıyeva «şalvar»a görə cəzalandırılıb

Vəkildən Azər Tağıyevə şikayət edən Şövkət İsmayılova «o, məni şalvar geyindim üçün təhqir edib» söyləyib

Vəkil Şəfiqə Nağıyevanın cəzalandırılmasına səbəbi onun hüquqlarını müdafiə etdiyi şəxsin keçmiş qayınanasını təhqir etməsi olub. Bu barədə Simsar.az-a etibarlı mənbədən məlumat daxil olub. 

Ş.Nağıyeva qaz partlayışı nəticəsində anasını, oğlunu və sağlamlığını itirən Bakı sakini Gülmirə İsmayılovanın vəkili olub.
G.İsmayılovanın Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi ev 1-də yerləşən mənzili 2009-cu il fevralın 11-də yanıb. Zərərçəkənin qayınanası Şövkət İsmayılovanın müraciətlərindən sonra onlara Suraxanı rayonunda yeni tikilən binadan üç otaqlı ev verilib. Yanğın nəticəsində 1-ci dərəcəli əlil adını qazanan G.İsmayılovanı sonradan boşamaq qərarına gələn əri və qayınanası onu evdən çıxarıblar. Onun mənzillə təmin olunması üçün Suraxanı rayon Məhkəməsinə müraciət olunub. Hüquqlarını isə vəkil Ş.Nağıyeva müdafiə edib. Gərgin keçən prosesdə cavabdeh tərəf - G.İsmayılovanın qayınanası təhqir olunduğunu bəyan edərək vəkilin barəsində Vəkillər Kollegiyasına şikayət edib. Şikayətdə göstərilib ki, Ş.Nağıyeva cavabdehi təhqir edib, ondan nə üçün şalvar geyinməsini soruşub.

Bu günlərdə Vəkillər Kollegiyasının iclası keçirilib. Müraciətə baxılıb. Kollegiyanın rəhbərliyi müşavirədən qayıtdıqdan sonra Ş.Nağıyevanın «əməl»inin sübut olunduğunu və buna görə də onun 3 ay müddətində kollegiyadan uzaqlaşdırılması qərarı verilib.

G.İsmayılova Simsar.az-a açıqlaamsında bildirib ki, o, Kollegiyanın iclasında iştirak edib: «Keçmiş qayınanamın müraciətinə baxıldı. Suraxanı rayon Məhkəməsinin hakimi də Şövkət İsmayılovanın dediyini təsdiqlədi. Guya həqiqətən Şəfiqə xanım keçmiş qayınanamı təhqir edib. Amma prosesdə iştirak edən şəxs kimi deyə bilərəm ki, orada hər hansı təhqir faktı olmayıb. İclasda Şəfiqə Nağıyeva nə qədər özünü müdafiə etməyə çalışsa da, xeyri olmadı».

G.İsmayılova deyir ki, Vəkillər Kollegiyasının rəhbərliyinin gözü Ş.Nağıyevanın uğurlarını götürmür: «Ona qısqanc münasibət var. Bir vətəndaş kimi mənim hüquqlarım pozulub. Fevralın 23-də mənimlə bağlı sonuncu məhkəmə prosesi keçirilməlidir. Şəfiqə Nağıyevanın fəaliyyətinə xitam verildiyindən o, prosesdə iştirak edə bilməyəcək. Bu isə mənim hüquqlarımın pozulması deməkdir».


Qeyd edək ki, Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva da Vəkillər Kollegiyanın Ş.Nağıyeva ilə bağlı qərarını tənqid edən müraciətlə çıxış edib. Hətta o, bildirib ki, Azər Tağıyevin Vəkillər Kollegiyasının sədri kimi funksiyası çoxdan bitib.
"İki ilə yaxındır ki, dəfələrlə şərəf və ləyaqətimə toxunduğuna, mənə şamil etdiyi böhtanlara görə Flora Kərimovanı məhkəməyə vermişəm. Bu vaxt ərzində məhkəmə proseslərini mənim vəkilim, Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyeva müdafiə edib və bütün proseslər mənim xeyrimə olub. Amma Vəkillər Kollegiyasının sədri hörmətli Azər Tağıyev dəfələrlə mənim məhkəmə prosesimin gedişatına müdaxilə edib, vəkilim Şəfiqə Nağıyevaya təzyiq göstərərək mənim müdafiəmi həyata keçirməməyi tapşırıb. Hər bir Azərbaycan vətəndaşı kimi mənim də hüququm çatır ki, öz şərəf və ləyaqətimi ədalətli məhkəmə yolu ilə qoruyum", - məktubda vurğulanır.

Quliyeva bildirib ki, fevralın 7-də sonuncu məhkəmə prosesi olmalı idi, lakin Azər Tağıyev vəkilim Şəfiqə Nağıyevanı üç aylıq müddətə vəkillik fəaliyyətindən uzaqlaşdırıb.

"Axı Siz bilirdiniz ki, mən bu məhkəmə prosesində haqlıyam və vəkilim Şəfiqə Nağıyeva bu prosesdə də qalib gəlib, məhkəmə prosesinə nöqtə qoyacaq. İndi özünüz deyin - mən gündə bir vəkil dəyişməliyəm? Bütün 30 ili əhatə edən, mənim əleyhimə, şərəf və ləyaqətimə toxunulan vəziyyəti hansı vəkilə başa salım? Nəzərə almaq lazım idi ki, Şəfiqə Nağıyeva ilk gündən həmin proseslərin içindədir. Əgər bu iş belə davam etsə, deməli, mən bu prosesi avtomatik surətdə uduzmalıyam?" - Quliyeva deyib.

Simsar.az yuxarıda qeyd olunanlarla bağlı Vəkillər Kollegiyasının sədri Azər Tağıyevdən münasibət öyrənməyə çalışsa da, onun əlaqə yaratmaq mümkün olmayıb. Sədrin müavini Fərhad Nəcəfov isə Vəkillər Kollegiyasının qərarı və ittihamlar barədə cavab vermək istəməyib.

Ruslan XƏLİL






16 Fevral, 2011  20:34 Baxılıb: 27894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner