Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Valideynlər Təhsil Nazirliyinə şikayət etdi

Orta məktəblərdə pul yığılır və şagirdlərə məcburi qaydada məktəbli forması satılır

Nazirlikdən Simsar.az saytına verilən məlumata görə, müraciətlərin 789-u telefonla, 121-i elektron poçt vasitəsilə qəbul edilib. Şikayət xarakterli müraciətlər ümumi müraciətlərin cəmi 9,6 faizini təşkil edib. Bütün müraciətlər araşdırılıb. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərin böyük bir qismi tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması, müxtəlif nəşrlərin satışının təşkili və digər bu kimi məsələləri əhatə edib. Abşeron rayon ümumtəhsil məktəblərindən daxil olan müraciətlər isə şagirdlərə məcburi qaydada təkrar məktəbli formasının satılması ilə bağlıdır. Texniki peşə məktəblərindən 2 şikayət daxil olub ki, bu da Bakıdakı 2 saylı və İsmayıllı peşə liseyləri haqqındadır.

2010-2011-ci dərs ilinin qış imtahan sessiyası dövründə “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan 100-dən artıq müraciətin 35-də şikayət və nöqsanlardan bəhs edilir ki, onlardan da 21-i dövlət, 10-u özəl ali, 4-ü orta ixtisas təhsil müəssisələrindən qəbul olunub.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirir, apellyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş edirlər. Bununla əlaqədar Təhsil Nazirliyinin əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirilməsi təmin olunub. Azərbaycan Turizm İnstitutundan daxil olan müraciətdə isə imtahanlarda tələbələrin biliklərinin qiymətləndirilməsi meyarlarının gözlənilməməsi əksini tapıb.
Özəl ali təhsil müəssisələrindən daxil olan 10 müraciət Bakı Biznes Universiteti, Qafqaz Universiteti və fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olub. İmtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi, dövlət hesabına özəl ali məktəblərdə təhsil alan tələbələrə təqaüdlərin ödənilməsində yaranmış problemlərin həlli ilə əlaqədar olan bütün bu müraciətlər yerində araşdırılıb, müraciət müəlliflərinə cavab verilib.

Orta ixtisas təhsil müəssisələri ilə əlaqədar Bakı Dövlət Sosial-İqtisad, Bakı Dövlət Rabitə və Nəqliyyat, Ağcabədi Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərindən müraciətlər daxil olub. Həmin müraciətlərdə imtahanda verilmiş qiymətlərdən narazılıq, tələbələrin imtahanlara buraxılmaması və digər məsələlər ifadə edilir.






16 Fevral, 2011  17:35 Baxılıb: 1173 Çap

Bu bölmədə


XƏBƏR LENTİ














5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11




sagbanner