Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sultan Süleymandan Şah Təhmasibə sığınan – ŞAHZADƏ

Şahzadə Bəyazid Sultan Süleyman Qanuninin Hürrəmdən olan üçüncü övladıdır. Kütahya, Konya və Karaman bəylərbəyliklərini idarə edib. Onun hakimiyyətə gəlməsi üçün anası Hürrəm Sultan əlindən gələni etsə də, o öldükdən sonra Şahzadə Bəyazid təklənir. Bacısı Mihrimah Bəyazidi yox, II Səlimi dəstəkləyir. Bundan sonra Bəyazidin həyatı tamamilə dəyişir. Mihrimahın dəstəyindən məhrum olan Bəyazid taxt üçün mübarizədə tək qalır. Digər yandan Mihrimah Sultanın Şahzadə II Səlimə dəstəyi çoxalır. 
1559-cu ildə Sultan Səlimə məğlub olan Şahzadə Bəyazid oğlanları ilə birgə Səfəvilər sarayına sığınır. Onu Şah Təhmasib təntənəli şəkildə qarşılayır...


Şahzadə Bəyazidin doğulması

1525- ci ildə Qanuni Sultan Süleyman və Hürrəm Sultanın İstanbulda üçüncü övladları dünyaya gəlir. Süleyman uşağın adını babasının adı ilə Bəyazid adlandırır. Şahzadə Bəyazidin uşaqlıq həyatı 16 yaşınadək sarayda keçir. Ərəb, fars və bir neçə Avropa dillərini öyrənir. 1541-ci ildə Atası ilə birgə Macarıstan səfərinə qatılır. 1546-cı ildə isə həyatında dönüş nöqtəsi hesab edilən Karaman Sancaq bəylərbəyliyinin idarəsi Şahzadə Bəyazidə verilir. Sultan Süleyman Qanuni 1533- cü ildə Naxçıvana yürüş edən zaman Bəyazidi imperiyanın mühafizəsi üçün Ədirnəyə göndərir. Bu ərəfədə Osmanlı imperiyasında qəribə hadisələr baş verir. Sultan Süleyman Qanuninin oğlanlarından ikisi ölür. Şahzadə Mustafa boğdurulur, Şahzadə Cahangir isə xəstəlikdən vəfat edir. Bundan sonra taxt üçün mübarizədə iki Sultan qalır. Şahzadə Bəyazid və Sultan II Səlim.

Şahzadə Bəyazid və “Şahzadə Musatafa üsyanı”

Şahzadə Mustafanın ölümündən sonra onun tərəfdarları böyük bir üsyan həyata keçirirlər. Sultan Süleyman əziyyət və edamlar bahasına bu üsyanı yatırır. Daha sonra Şahzadə Bəyazidin bu üsyanın arxasında olduğu, hətta üsyançılara dəstək verdiyi barədə məlumatlar yaylır. Bu hadisə Sultan Süleymanın Şahzadə Bəyazidə olan sevgisini və hörmətini azaldır. Hətta bəzi mənbələrdə bu hadisədən sonra Osmanlı imperatoru öz oğlunun ölümünə fərman vermək istədiyi barədə məlumatlar var. Həmin dövrdə Hürrəm Sultan Şahzadə Bəyazidin öldürülməməsi üçün əlindən gələni edir. Elə onun sayəsində də Şahzadə Bəyazid həyatını xilas edə bilir.

Şahzadə Bəyazid və Sultan Süleymanın məktublaşması

Sultan Süleymanın Şahzadə Bəyazidi bağışlamasının digər səbəbi isə Şahzadənin atasına yazdığı məktub idi. Həmin məktublardan bir nümunəni təqdim edirik:

Şahzadə Bəyazidin Sultan Süleymana məktubu

Ey seraser âleme Sultan Süleyman'ım baba,
Tende Canım, Canımın içinde cananım baba,
Bayezidine kıyar mısın benim canım baba
Bigünahım, Hak bilür, devletlü sultanım baba.


Sultan Süleyman Qanunin cavabı isə belə olur:

Ey demeden mazhar-ı tuğyan ü isyanım oğul,
Takmayan boynuna hergiz tavk-ı ferman'ım oğul,
Ben kıyar mıydım sana ey Bayezıt Han'im oğul,
Bigünahım dime bari, tevbe kıl canım oğul.

Tutalım iki elin baştan başa kanda ola
Çünki istiğfar idersen biz de afv-etsek n'ola
Bayezîd'im suçunu bağışlarım gelsen yola,
Bigünahım dime bari, tevbe kıl canım oğul.


Hürrəmin ölümü və Şahzadə Bəyazidin tək qalması

Hürrəm Sultan 1558-ci ildə vəfat edir. O, ömrünün sonuna qədər Şahzadə Bəyazidi dəstəkləyir. Taxta əsas namizəd olaraq onu görürdü. Hürrəmin ölümündən sonra Bəyazidi Səlimin əleyhinə vuruşması üçün təşviq edirlər. Bu təbliğatın arxasında da Lala Mustafa Paşa dururdu. Şahzadə Bəyazid və Şahzadə Səlim biri-birilərinə müharibə etmək üçün adam toplayan zaman Sultan Süleyman Qanuni Səlimi Konyaya, Bəyazidi isə Amasiyaya göndərir.
Sultan Süleyman gizli şəkildə daima Səlimi dəstəkləyir və qardaşı Bəyazidlə döyüşməsi üçün onu ordu ilə təmin edir. Həmin dövrdə Şahzadə Bəyazid atasına yenə bir məktub göndərir. Həmin məktubda deyilir ki, padşah olan yalanmı danışar?”
İki qardaş arasında taxt üstündə müharibə 29 may 1559-cu ildə baş verir. 2 gün davam edən müharibə nəticəsində Şahzadə Bəyazid Sultan Səlimə məğlub olur. Bundan sonra Şahzadə Bəyazid Amasiyaya qayıdır və müfti Mühyiddin Cürcanini Sultan Süleymanın hüzuruna göndərir. Ancaq bu dəfə Sultan Süleyman Qanuni Bəyazidi bağışlamır.

Şah Təhmasib Sultan Süleymanla razılaşır

Sultan Süleyman Qanuni Bəyazidin əhf tələbini rədd etdikdən sonra, 1559-cu ilin 7 iyulunda Bəyazid oğlanları ilə Səfəvilərə sığınır. Şah Təhmasib onu böyük mərasimlə qarşılayır. Şahzadə Bəyazidin bağışlanması üçün Təhmasib Sultan Süleymana dəfələrlə məktub göndərir. Ancaq Sultan Süleyman Şah Təhmasibə Şahzadə Bəyazidi verməsi üçün müqavilə təklif edir. Həmin təklifdə bildirilir ki, Osmanlı imperiyasından Səfəvilər dövlətinə heç bir yürüş olmayacaq. Bu təklifə gələcək hökmdar da əməl edəcək. Uzun yazışmalardan sonra Şah Təhmasib Sultan Süleymanla razılaşır.

Osmanlı vəhşiliyi və ya Sultan Süleymanın qəddarlığı

25 sentyabr 1561-ci ildə Qəzvinə gedən Osmanlı elçiləri öncə Bəyazidi, sonra isə onun oğlanlarını (Şahzadə Orxan, Şahzadə Osman, Şahzadə Abdulla, Şahzadə Mahmud, Şahzadə Murad) boğaraq öldürürlər. Bəyazid öldüyü zaman 36 ən böyük oğlunun isə 16 yaşı olduğu qeyd edilir.

Şahzadə Bəyazidin ölümündən sonra həyat yoldaşı İstanbula bir qalaya göndərilir və burda 3 yaşındakı oğlu ilə birgə öldürülür.

Şahzadə Bayəzid və oğullarının cənazəsi Sivasa gətirilərək dəfn edilir. Onun məzarı Sivasda Yukarı Təkkə Məzarlığında Abdulvəhabi Qazi məscidndədir.

Aynur Bayramova






2 Noyabr, 2013  12:17 Baxılıb: 8128 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner