Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda qar davam edəcək

Yaxın iki gündə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağıntılı olacaq. Qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Fevralın 17-dən 18-nə keçən də gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimal olunur.

Fevralın 18-də hava buludlu olacaq, arabir açılacaq, əsasən yağmursuz keçəcək. Lakin Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah yağmurlu hava davam edəcək. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.

Fevralın 18-də qərb rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.






16 Fevral, 2011  16:48 Baxılıb: 1598 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner