Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

PX işçilərinin maaşına 250 manat əlavə olunacaq

Ərşad Hüseynov: «Polisin sosial vəziyyətini yaxşılaşdırmaq istəyiriksə, bunu onun yığdığı cərimələrin məbləğinə bağlamaq uğurlu variant deyil»

Bundan sonra yol polisləri pul cərimələrinə üstünlük verəcək»

Prezident İlham Əliyevin fevralın 14-də yol polisi əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onların qulluq vəzifələrinin icrasına nəzarəti artırmaqla bağlı verdiyi sərəncam müzakirələrə yol açıb.  

Xüsusilə də, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrin 25 faizinin yol polisi əməkdaşlarına verilməsi təəccüblə qarşılanıb. Rəsmilər qeyd edirlər ki, bu yol polisində rüşvətxorluğu aradan qaldıracaq.

Amma “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların kommentariyası” adlı kitabının müəllifi Ərşad Hüseynov fərqli düşünür. O, Azadlıq radiosuna açıqlamasında bildirib ki, belə bir fərman verilməsi özlüyündə Yol Patrul Xidməti (YPX) əməkdaşlarının fəaliyyətinin nizamlanması istiqamətində müsbət haldır. Mən bunu alqışlayıram. Axır ki dövlət bu istiqamətdə nə isə ciddi bir şey etmək istəyir. Amma əgər biz polisin sosial vəziyyətini yaxşılaşdırmaq istəyiriksə, bunu onun yığdığı cərimələrin məbləğinə bağlamaq uğurlu variant deyil».

Ə.Hüseynov deyir ki, bir ildə Azərbaycanda 1 milyona yaxın cərimə qeydə alınır. Orta hesabla hər bir cəriməyə 30 manat ödənilsə, bu ilə 30 milyon manat edir. Bunun da 25 faizi təxminən 7,5 milyon manatdır, bu isə maaşdan əlavə yol polislərinə 200-250 manat pul verilməsi deməkdir. Hazırda Yol Patrul xidməti əməkdaşlarının aylıq maaşı 350 manatdan 800 manata qədərdir».
YPX işçilərinin maaşlarına 200-250 manat əlavə edəndə 500-1000 manat edir ki, bu da az məvacib deyil.

Ə.Hüseynov onu da bildirib ki, bundan sonra yol polisləri pul cərimələrinə üstünlük verəcək.

RAMİL










16 Fevral, 2011  16:24 Baxılıb: 2522 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09


sagbanner