Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda yanacaqdoldurma məntəqəsində kütləvi dava

Məntəqənin növbə rəisi bıçaqlandı...

Bakıda yanacaqdoldurma məntəqəsində kütləvi dava düşüb, məntəqənin növbə rəisi ağır bıçaq xəsarəti alıb. Hadisə fevralın 15-də saat 20:45 radələrində Sabunçu rayonu ərazisində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsində baş verib. 

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bir qrup şəxslə məntəqənin əməkdaşları arasında kütləvi dava düşüb. Dava zamanı yanacaqdoldurma məntəqəsinin növbə rəisi olan Pirşağı qəsəbə sakini 24 yaşlı Orxan Hacıyev bıçaqlanıb. Yaralı 3 saylı klinik xəstəxanaya çatdırılıb.
Xəstəxanadan aldığımız məlumata görə, O.Hacıyev kürək nahiyəsindən xəsarət alıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

İşin istintaqını aparan müstəntiq Nizami Mustafayev Milli.Az xəbər portalınıa açıqlamasında bildirdi ki, hadisənin dəqiq səbəbləri məlum deyil. Hələlik saxlanılan yoxdur, araşdırma aparılır.






16 Fevral, 2011  15:22 Baxılıb: 1581 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner