Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SSRİ-nin əfsanəsi - “Yalla” qrupu + VİDEO

Simsar.az sizə Türk dünyası ölkələrinin dəyərlərini, simvollarını, adət-ənənələrini təqdim etməkdə davam edir. Bu dəfə özbəklərin fəxri və bütün SSRİ məkanında dillər əzbəri olan “Yalla” qrupundan söz açacağıq


Fərrux Zakirov tərəfindən yaradılan “Yalla” qrupu 70-ci illərin ən məşhur qruplarından biridir. Onların ən uğurlu hesab edilən “Uçküdük (Üç quyu)”, “Çayxana” mahnıları dilləri əzbəri olub. Bunlardan başqa “Bu sevgidir”, “Nəsrəddinin mahnısı”, “Yalla”, “Sevdiyim gözlər olmadan”, “Şəhrisabz”, “Parılda Daşkənd”, “Cinnuni” və s. mahnıları ilə sovet dövrünün ən populyar qruplarından biri hesab edilirdilər.

XX əsrin 70-ci illərində yaranan qrup “Qız bola” və “Yallama yerim” mahnıları ilə məşhurlaşdılar. Qrupun adı özbək musiqisinin bir üslübu ilə eyni olsa da qrup öz adını “Qız bola” mahnısının nəqarətindən götürüb. Qrupun ilk uğuru bu mahnının aranjemanından başladı. “Allo, biz istedad axtarırıq!” adlı ümumittifaq müsabiqəsində “Yalla” mahnısı ilə iştirak edən qrup Moskvada keçiriləcək finala vəsiqə qazanıb. Moskvada keçirilən müsabiqədə onlar milli özbək mahnısı olan “Ramazan” və rus milli mahnısı olan “Üzən ağ buludlar”ı ifa etdilər.
Qrup elektroqitara və elektroorqanla yanaşı Özbəkistanın milli musiqi alətlərindən də istifadə edirdilər. (rubabə, doyra və s.) Onların “Qız bola” və “Yallama Yerim” mahnıları ümumittifaq “Melodiya” səsyazma studiyasında yazılıb. Ansamblın repertuarı əsasən özbək, rus və ingilis mahnılarından ibarət idi. Amma qrupun əsas xüsusiyyətlərindən biri o idi ki, onlar qastrolda olduqları zaman konsert verdikləri hər ölkənin dilində bir mahnı ifa edirdilər (Azərbaycan, Türkiyə, İsrail, İsveçrə, Seylon, Vyetnam). Qrup və onun lideri Fərrux Zakirov öz mahnılarında özbək folklorundan istifadə edirdi. Məsələn: “Macunton (Ağlayan söyüd)” , “Boyçiçək (Novruzgülü)” , “Yallama Yerim” və s. Onlar Turab Tula adlı şairin şerlərinə musiqi yazıblar. Ansambla 1972-ci ildə gələn Fərrux Zakirov həmişə qeyd edib ki, “Yalla” qrupunun yaradılmasında böyük rolu Yevqeni Şiryayev oynayıb.

Bir neçə il ərzində ansambl uğurlu çıxışlar keçirir. Sovet İttifaqında konsertlər verir. Almaniyada keçirilən festival üçün alman dilində 15 ədəd mahnı yazırlar. Təəssüf ki, 70-ci illərin sonunda qrupda durğunluq yaranır. 1979-cu ildə ansambla yeni üzvlər qoşulur. Həmin musiqiçilər indiyə kimi də qrupun tərkibindədirlər. Lakin qrupun bas-qitaraçısı və rəhbəri Rüstəm İlyasov 15 illik fəaliyyətdən sonra 1994-cü ildə qrupu tərk edir. Qrupun köhnə üzvlərindən qalan yalnız Fərrux Zakirovdur. 1980-ci ildə yazılan “Üçküdük ” (Fərrux mahnının musiqisini 40 dəqiqəyə yazıb) SSRİ-də çox məşhurlaşır. Mahnı ansamblın simvoluna çevrilir. Sonrakı illərdə məşhurlaşan mahnılarıda bunlardır : “Son poema”, “Şəhrisabz”, “Kəndirbaz”, “Nəsrəddinin mahnısı”, “Sevdiyimin üzü”, “Məni yol çağırır”, “Çayxana” və “Səmərqəndin mavi günbəzləri”.

2000 ildə qrupun lideri Fərrux Zakirov Özbəkistan Mədəniyyət nazirinin müavini seçilir. Buna baxmayaraq o, qrupu tərk etmir. Nazir müavini olan zaman o xeyriyyə işləri ilə də məşğul olur. 2002-ci ildə onlar “Retro Yalla” adlı konsert proqramı ilə çıxış edirlər. Proqramda 70-ci illərdə oxunan mahnılar yenidən ifa edilir. 2004-cü ildə Fərrux Zakirov Mədəniyyət Naziri olur.
2005-ci ildə “Yalla” qrupu yaranışının 35 illiyini konsertlərlə qeyd edir. “Retro FM-in əfsanələri” adlı konsertdə 1970-80-cı illərin ulduzarı ilə birlikdə onlar da özünəməxsus ifaları ilə yer alırlar.

Mələk Abbaszadə

 






28 Oktyabr, 2013  11:23 Baxılıb: 4153 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







3 Noyabr, 2018  19:22


18 Oktyabr, 2018  09:42





16 Oktyabr, 2018  17:30





16 Oktyabr, 2018  12:34


16 Oktyabr, 2018  09:40

16 Oktyabr, 2018  09:37

16 Oktyabr, 2018  09:35




13 Oktyabr, 2018  09:30





12 Oktyabr, 2018  09:21








8 Oktyabr, 2018  13:14



8 Oktyabr, 2018  09:42


8 Oktyabr, 2018  09:35




5 Oktyabr, 2018  10:10