Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlik həyəcan yaradır - ATƏT-in sədri

Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlik həyəcan yaradır.

Bunu çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasında çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis bildirib. Məlumatı ATƏT-in rəsmi saytı yayıb. "Bu uzadılmış münaqişənin Minsk qrupu həmsədrlərinin daha fəal iştirakı yolu ilə nizamlanmasında ATƏT-in rolu davam edəcək. Mən münaqişə tərəflərini etibarın möhkəmlənməsi üzrə tədbirlər görməyə, o cümlədən snayperlərin təmas xəttindən təxirə salınmadan çıxarılmasına və ATƏT-in monitorinqlər üzrə fəaliyyətinin möhkəmləndirməsinə çağıracam" deyə Ajubalis bildirib.

Onun sözlərinə görə, Litvanın sədrliyi münaqişələr tərəfindən toxunulmuş Cənubi Qafqazın icmaları arasında gərginliyin azalmasına və etibarın möhkəmlənməsinə kömək edecək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.






16 Fevral, 2011  13:08 Baxılıb: 1025 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18






31 Avqust, 2020  09:11



29 Avqust, 2020  11:20



26 Avqust, 2020  09:12

25 Avqust, 2020  13:38

sagbanner