Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bəşəriyyətin informasiya həcmi hesablandı! 

Dünyanın bütün məlumatlarını yığıb kitablara köçürsək, ABŞ və ya Çinin ərazilərini üç dəfə kitab qatı ilə əhatə bilərik

ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru Martin Gilbertin başçılığı altında tədqiqatçılar qrupu 1986-2007-ci illər arasındakı müddət ərzində informasiyanın saxlanılması, emalı və ötürülməsi üzrə 60 əsas texnologiyanın inkişafını təhlil edib. 


Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədqiqatçılar qrupu belə nəticəyə gəlib ki, bəşəriyyətin ümumi informasiya həcmini 295 eksabayt qiymətləndirmək olar. 


Martin Gilbert deyib ki, əgər biz dünyanın bütün məlumatlarını yığıb kitablara köçürsək, bu zaman ABŞ və ya Çinin ərazilərini üç dəfə kitab qatı ilə əhatə bilərik. Aparılmış araşdırmalara əsasən, bu gün dünyada informasiyanın böyük hissəsi (94 faizdən artıq) rəqəmli şəkildədir. Ancaq 2002-ci ildə əsasən analoq saxlanılma və emal metodları üstünlük təşkil edib. Tədqiqatın müəllifləri tərəfindən təhlil olunan müddət ərzində məlumat emalı sürəti bir ildə təxminən 58 faiz, ötürülən informasiya həcmi 28 faiz, ümumi informasiya ehtiyatları isə 23 faiz artıb. 


Lakin qeyd etmək lazımdır ki, alimlərin əldə etdiyi nəticələr ümumidir və müxtəlif inkişaf səviyyəli ölkələrdə saxlanılan, ötürülən və emal olunan məlumatların həcmi xeyli fərqlənir. Məsələn, 2002-ci ildə inkişaf etmiş ölkələrdə insanlar inkişafda olan ölkələrinin insanlarından 8 dəfə daha tez-tez məlumat mübadiləsi aparıb. 2007-ci ildə isə bu fərq 15 dəfəyədək artıb. 






15 Fevral, 2011  21:35 Baxılıb: 1028 Çap

Bu bölmədə


XƏBƏR LENTİ














5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11




sagbanner