Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“VAŞİNQTON POST” AZƏRBAYACANIN ABŞ-dakı SƏFİRİNİN MƏQALƏSİNİ DƏRC EDİB

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev “Vaşinqton Post” qəzetinin redaktoru Fred Hiattın məqaləsinə cavab verib.

Qəzetin 7 fevral sayında çıxan məqalədə müəllif Azərbaycanın adını hallandırmışdı: “Dövlət katibi Hillari Klinton Münhendə keçirilən təhlükəsizlik konfransında bundan sonra ABŞ-ın demokratik islahatlar üçün avtoritar rejimlərə daha çox təzyiq edəcəyini deyib. O bildirib ki, yaxın perspektivdə risklər vəd etsə də, ABŞ həmin rejimlərə indiyə qədərki status-kvonu davam etdirməyin mümkün olmadığını çatdıracaq.
Bu sözlər praktikada nə demək olacaq? Azərbaycanda başqa bir dünyəvi müsəlman diktatoru olan İlham Əliyev də ABŞ-la siyasətdə islam radikalizmi kartı oynayır. ABŞ da bu ölkədə seçkilərin saxtalaşdırılmasına, jurnalistlərin həbs edilməsinə anlayış göstərir. Yəni indi ABŞ rəsmiləri Əliyevə deyəcəklər ki, status-kvo davam etdirilə bilməz?”
“Azadlıq” radiosunun məlumatına görə, səfir Yaşar Əliyev “Vaşinqton Post”a “Azərbaycan demokratiyaya can atır” başlıqlı məqalə yazaraq bunları qeyd edib: “Azərbaycan heç də ABŞ-ın islam radikalizmi qorxusu və neftə olan tələbatı ilə manipulyasiya etmir. Azərbaycan sabitlik və ABŞ daxil olmaqla bütün dost və tərəfdaşları ilə yaxşı münasibətlər qurmaqda maraqlıdır. Bu il Azərbaycan SSRİ-dən azad olmasının 20-ci ilini qeyd edir. Unutmayaq ki, Azərbaycan çox ağır dövrlər yaşayıb. Bu zaman ərzində Azərbaycan öz vətəndaşlarını rifaha və demokratik gələcəyə aparan güclü və müstəqil dövlətə çevrilib”.






15 Fevral, 2011  21:35 Baxılıb: 1537 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner