Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda 108 təhsil işçisi işdən çıxarılıb

Onların arasında təhsil şöbəsinin müdirləri, məktəb direktorları da var

Bu gün Təhsil Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya (2007-2011-ci illər)”nın icrası mövzusunda kollegiya iclası keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, iclasda təhsil naziri Misir Mərdanov bildirib ki, 2006-cı ildən TN-də QHT nümayəndələrinin də təmsil olunduğu Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun, korrupsiya halları ilə əlaqədar vətəndaşların müraciətlərinin operativ qəbulu və baxılmasının təmin edilməsi məqsədilə “Qaynar xətt” xidməti fəaliyyət göstərir. Ötən il TN-ə vətəndaşlardan və dövlət qurumlarından 51552 məktub, müraciət, ərizə və şikayətin daxil olub, 7251 nəfər qəbul edilib.

Nazir deyib ki, 2010-2011-ci tədris ili üzrə ölkənin ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş vakant yerləri tutmaq üçün kompüter vasitəsilə keçirilən imtahanlarda iştirak edən 1815 nəfərdən 288-i işə qəbul olunub, ümumtəhsil məktəblərində direktor vəzifəsinə işə qəbul sahəsində də yeni mexanizm tətbiq edilib.
Təhsil müəssisələrində imtahanların aparılması mexanizminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və bu prosesə ictimai nəzarətin gücləndirilməsi məsələsinə toxunan təhsil naziri hər bir tədris ocağında “Qaynar xətt” xidmətinin yaradılmasının zəruriliyini söyləyib. M. Mərdanov həmçinin bildirib ki, ötən il 4 rayon təhsil şöbəsinin müdiri, 72 məktəb direktoru, 5 direktor müavini, 1 məktəbdənkənar müəssisə rəhbəri, 6 peşə məktəbi direktoru, 1 ali məktəb müəllimi, 10 uşaq bağçası müdiri, 9 baş mühasib, ümumilikdə, 108 nəfər vəzifəsindən azad olunub, 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 115 nəfərə töhmət verilib.






15 Fevral, 2011  21:16 Baxılıb: 1665 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner