Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

21 QHT-nin prezidentdən 10 xahişi

Onlar vətəndaş cəmiyyətinə düzgün şərait yaradılmasını istəyir  

Ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri prezident İlham Əliyevə müraciət ediblər. Sabit Bağırov, Əliməmməd Nuriyev, İnqilab Əhmədov, Sahib Məmmədov, Rəşid Hacılı, Qubad İbadoğlu, Arif Əliyev, Vüqar Bayramov, Fəqan Əliyev, Rəna Səfərəliyeva olmaqla 21 QHT rəhbəri prezidentə ünvanladıqları müraciətdə vətəndaş cəmiyyəti üçün mövcud mühitin daha da yaxşılaşdırılması naminə bu addımı atdıqlarını bildirirlər: “Hörmətli cənab Prezident, ölkənin vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq aşağıdakılara diqqət yetirməyinizi və müvafiq qərarların verilməsini xahiş edirik. 
1. Sizin iradənizlə 2007-ci ildən başlayaraq kommersiya məqsədli hüquqi şəxslərin dövlət qeydiyyatı “vahid pəncərə” prinsipi üzərində qurulub və gözəl fəaliyyət göstərir. Şirkətlər nəinki maneəsiz və maksimum 3 gün ərzində qeydiyyatdan keçir, hətta bu zaman onlara bir sıra dəyərli məsləhətlər verilir. Eyni ilə, qeyri-hökumət təşkilatlarının bu prinsipə əsaslanan qeydiyyatı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün yeni təşəbbüslərin reallaşmasında mühüm rol oynaya bilər;
2. QHT-lər artıq bir neçə ildir ki, öz vergi bəyannamələrini on-line rejimində Vergilər Nazirliyinə təqdim edir. Bu çox mütərəqqi üsuldur və eyni hesabat sisteminin Dövlət Sosial Müdafiə Fondunda da tətbiqi həm QHT-lərin işini xeyli yüngülləşdirər, həm də Azərbaycanda Elektron Hökumət sisteminin tətbiqi istiqamətində daha bir vacib addım olar;
3. Hüquqi ünvanın da on-line rejiminde dəyişdirilməsi, fikrimizcə, həm lazımi operativliyi təmin edər, həm də ölkəmizdə Elektron Hökumət sisteminin tətbiqinə xidmət edər. Ümumiyyətlə, hüquqi şəxslərin Elektron Dövlət Reyestrinin yaradılması və on-line rejimində həmin şəxslər tərəfindən lazım olan vaxtlarda təzələnməsi (təbii ki, icazəli göstəricilər üzrə) bir çox istiqamətlərdə faydalı ola bilər;
4. 2010-cu ildən tətbiqi başlayan və beynəlxalq standartlara əsaslanan QHT-lərin maliyyə hesabatlılığı sistemi ciddi problemlər doğurmaqdadır. Problemlər onunla əlaqəlidir ki, hesabat formaları çox mürəkkəbdir. Buradakı göstəricilərin böyük əksəriyyəti mövcud QHT-lərin maliyyə fəaliyyətindən kənardır. Azərbaycan QHT-lərinin mütləq əksəriyyəti üçün həmin göstəricilər üzrə hər hansı maliyyə əməliyyatları aparılmır. Bir reallıq da ondan ibarətdir ki, Azərbaycan QHT-lərinin böyük əksəriyyəti bir-iki nəfərdən ibarətdir (one man show) və bu təşkilatlarda daimi işləyən mühasiblər yoxdur. Mühasib bir qayda olaraq QHT-nin əldə etdiyi qrant müddətinə işə cəlb edilir. Bu səbəblərdən kiçik illik dövriyyəsi olan QHT-lər üçün maliyyə hesabatlarının ya ləğv edilməsi (məsələn Rusiyada 10000 rubldan az vəsait əldə edən QHT-lər maliyyə hesabatı təqdim etmir. Avropa ölkələrinin böyük əksəriyyətində isə ümumiyyətlə QHT-lərin maliyyə hesabatı tələb olunmur) və ya ciddi sadələşdirilməsi məqsədə uyğun görünür;
5. Qrantların qeydiyyatı sistemində də təkmilləşdirilmələrə ciddi ehtiyac duyulur. Mövcud sistem xarici donorlardan alınan qrant müqavilələrinin tərcümədən keçməsini və notariusda təsdiq edilməsini tələb edir. Bu həm əlavə xərcdir (kiçik olmayan) QHT-lər üçün və həm də notariuslar tələb edir ki, donor müqavilənin hər səhifəsini imzalasın və möhürləsin, halbuki, bir çox hallarda xarici donorlar möhürdən istifadə etmir və qrant müqavilələrini təbii olaraq öz qaydalarına görə tərtib edir. Odur ki, qrant müqavilələrinin qeydiyyatının on-line rejimində aparılması bu sahədə mövcud olan səmərəsiz əmək sərfini aradan qaldıra və eyni zamanda prosesin surətini artıra bilər. Ümumiyyətlə, qrant müqavilələrinin qeydiyyat prosedurundan asılı olmayaraq, bunların QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən aparılması məqsədə uyğun görünür;
6. Qeyri hökumət təşkilatlarının həyata keçirdikləri qrant layihələri üzrə əmək haqqı ödənişlərinin bir sıra xarici ölkələrdə olduğu kimi sosial sığorta ayırmalarından azad edilməsi onların əmək haqqına yönələn ödənişlərin artmasına və bu sektorda çalışanların maddi vəziyyətinin daha da yaxşılaşmasına xidmət edə bilər;
7. Qeyri-hökumət təşkilatlarında Dövlət Dəstəyi üzrə Şuranın maliyyələşdirdiyi layihələr üçün büdcə vəsaitlərinin artırılması QHT-lərin maliyyələ dayanıqlığının təminatında, onların maliyyə mənbələrinin şaxələnməsində əhəmiyyətli rol oynaya bilər.
8. Daxili Audit haqqında qanunun tədbiqində 2010-cu il yanvarın 1-dən QHT-də daxili auditin təyin olunması nəzərdə tutulur ki, çox mürəkkəb və QHT işi üçün demək olar ki, lazımsız və qeyri realdır. Bu qanunun tədbiq obyekti kimi QHT-i çıxarmaq məqsədəuyğun olardı;
9. QHT qanunvericiliyində İctimai Birlik anlayşı var və bunun ingilis dilinə tərcuməsi Publik kimi gedir, bu isə ABŞ-da və bəzi qərb ölkələrində “hökumət təşkilatı” mənasını verir. Ədliyyə Nazirliyi İB sözünü bütün təşkilatların adının sonuna əlavə edir ki, bu bəzi donorlar və ya ekspertlərin əlavə suallarına, artıq izahatlara səbəb olur. Bu anlayışın götürülməsi və ya digər anlayışlarla əvəz olunması məqsədə uyğun görünür;
10. Bakıda və regionlarda xüsusi QHT-İnkubatorlarının yaradılması (müvafiq binaların tikilməsi) yeni təşkil edilən ictimai birliklərin qısa müddətdə inkişafı üçün çox faydalı ola bilər”.

Simsar.az






15 Fevral, 2011  19:13 Baxılıb: 1215 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18






31 Avqust, 2020  09:11



29 Avqust, 2020  11:20



26 Avqust, 2020  09:12

25 Avqust, 2020  13:38

sagbanner