Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Son günlər hava haqqında məlumatlar özünü doğrultmur

Hidrometeorologiya Departamenti qeyri- müəyyənliyə aydınlıq gətirdi

Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Fevralın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, günün ikinci yarısında havanın tutulacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var. 

Son günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti paytaxt Bakıda qar yağacağı haqqında proqnoz versə də, hələ ki, qar yağmır. Departamentin proqnozlarındakı “ehtimal” ifadasinə nəzər yetirəndə qarın yağmadığına haqq qazandırmaq olur. Amma yenə də bir sual cavabsız qalır: Hava proqnozunu ehtimallar üzərində qurmaq nə qədər dəqiq yanaşmadı?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirliyin saytında proqnozların doğru olduğunu deyir: “Hidrometeorologiya Departamentinin hava haqqında məlumatları 90, 95% doğru çıxır. Yağış, qar yağacağı deyiləndə təkcə Bakıda yağmırsa, bu o demək deyil ki, məlumat doğru deyil. Məlumatda bildirlir ki, Bakı və Abşeron yarımadasında qar yağacaq. Bu, yarımadanın müxtəlif yerlərinə də aiddi. Həmin o müxtəlif yerlərdə qar yağır”.


“Hətta dünya praktikasında 100 faizlik proqnoz yoxdu”


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva da bürodan verilən proqnozların 95 fazi doğru olduğunu deyir. U.Tağıyeva Simsar.az saytına bildirib ki, Azərbaycanda fevralın 15-i və 15-dən 16-na keçən gecə yağış yağacağı və sulu qara keçəcəyinin gözlənilməsi proqnozu tək Bakı şəhəri üçün deyil böyük ərazi üçün hesablanıb: ”Əgər şəhərim sahil tərəfində yağış yağırsa, bir qədər mikrarayon tərəflərdə sulu qar yağır. Bu, ərazinin relyefinə bağlıdır.
U. Tağıyevanın sözlərinə görə, proqnoz sözünün özü qeyri-müəyyənlik deməkdi. Əgər hava haqqında məlumat 95 faiz özünü doğruldursa, bu, çox yaxşı göstəricidir: “Bizim büronun proqnozu 95 faiz özünü doğruldur. Hətta dünya praktikasında belə 100 faizlik proqnoz yoxdu”







15 Fevral, 2011  18:31 Baxılıb: 4163 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner