Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MDB və Baltikyanı ölkələrin dəmiryolçuları Bakıya toplaşıb

Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının səlahiyyətli nümayəndələrinin növbəti toplantısı başlayıb.

Toplantı fevralın 18-dək davam edəcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Simsar.az-a bildirib ki, toplantıda “2011-2012-ci illər üçün Beynəlxalq istiqamətdə yük qatarlarının və konteynerli vaqonların tərtibi məsələləri” müzakirə olunur. Tədbirin birinci iş günü giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov çıxış edib. O, qonaqları salamladıqdan sonra Azərbaycan Dəmir Yolunun hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verib. Sədr müavini həmçinin “Şimal-Cənub” və “Bakı-Tbilisi-Qars” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində həyata keçirilən işlərdən danışıb.


Daha sonra MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının hərəkət heyətinin istismarı işinin əlaqələndirməsi Departamentinin rəhbəri Aleksandr Mişuranın sədrliyi ilə müzakirələr başlanıb.


Xatırladaq ki, Rusiya, Litva, Estoniya, Latviya, Belarus, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna dəmiryolçularının qatıldığı toplantının sonunda müvafiq protokol imzalanacaq.






15 Fevral, 2011  16:50 Baxılıb: 1796 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner