Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avtobusda gedişhaqqı kartla olacaq

Sərnişin avtobusdan düşərkən getdiyi məsafənin gedişhaqqı onun kartından tutulacaq.

Azərbaycanda nəqliyyat sistemində həyata keçirilən uğurlu layihlərdən daha biri baş tutacaq - avbobuslarda uzun müddətdir gözlədiyimiz yenilik reallaşmaq üzrədir. Bu ilin sonunadək Bakının sərnişindaşımada xidmət göstərən nəqliyyat vasitələrində elektron ödəmə kartlarının tətbiqinə başlanacaq. Bu barədə Milli.Az xəbər portalına Nəqliyyat Nazirlyinin mətbuat katibi Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, “Nəqliyyatın intellektual idarə edilməsi sistemi” layihəsi bu ilin sonuna qədər işə düşəndən sonra Bakıda sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində vahid elektron ödəmə kartları tətbiq olunacaq. Yalnız bundan sonra avtobusların universal “cip” kart vasitəsilə ödənilməsinə keçilməsi mümkündür. “Ancaq bunun üçün sistem işə düşməlidir. Sistem hələ işə düşmədən danışmaq tezdir. İlin ikinci yarısında bu işə başlamaq olar. İlin sonunda isə bunun tətbiqi mümkün olacaq” - deyə o, əlavə etdi.

Nazirlik rəsmisi qeyd etdi ki, bunun üçün həmin nəqliyyat vasitələrində elektron post-terminallar quraşdırılacaq: “Biz istəyirik ki, bu kartlara kontur ödəmək də problem olmasın. Bunun üçün müxtəlif yerlərdə post-terminallar quraşdırılması nəzərdə tutulub. Post-terminallar avtobus dayanacaqlarında deyil, dəmir yolu vağzallarında, hava və dəniz limanlarında, digər ictimai yerlərdə quraşdırılacaq. Hər bir sərnişin nəqliyyat vasitəsindən istifadə edərkən əvvəlcə vahid ödəmə kartının balansına kontur yükləməlidir. Bundan sonra sərnişin yüklədiyi kartı post-terminalın monitoruna yaxınlaşdırıb getdiyi yeri müəyyənləşdirəcək. Nəqliyyatın bütün növləri üzrə sərnişinlərin məlumatlandırılması, biletlərin mərkəzləşdirilmiş satışı, müasir servis xidmətinin göstərilməsi də nəzərdə tutulur. Artıq belə aparatlar nazirlikdə var. İlin sonunadək insanlar bunun şahidi olacaqlar”.

N.Həsənov onu da əlavə etdi ki, kart vasitəsilə ödəniləcək məbləğ sərnişinin getdiyi məsafərə görə tutulacaq: “Gediş haqqı bizdə hazırda getdiyin kilometrlə müəyyənlədirilir. Yeni sistem tətbiq olunduqdan sonra avtobudsa xüsusi elektron naviqasiya sistemi vasitəsilə bu müəyyənləşdiriləcək. Sərnişin avtobusdan düşərkən getdiyi məsafənin gedişhaqqı onun kartından tutulacaq”.

Xatırladaq ki, bu sistemin tətbiqi ilə bağlı artıq Koreya şirkəti ilə Nəqliyyat Nazirliyi arasında razılaşma əldə olunub. Həmin şirkət 2011-ci ildə bu sistemi tam şəkildə tətbiq edəcəyi barədə öhdəlik götürüb. Sonrakı illərdə isə yeni ödəmə sisteminin bölgələrdə də tətbiq edilməsi nəzərdə tutulub.






15 Fevral, 2011  16:35 Baxılıb: 1778 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner