Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Şirvan” gəmisindəki partlayışla bağlı rəsmi məlumat yayılıb

Azərbaycan Dövlət Dəniz Adminstrasiyası (ARDDA) “Şirvan” quru yük gəmisində baş vermiş partlayışla bağlı rəsmi məlumat yayıb.

ARDDA-dan APA-ya verilən məlumata görə, fevralın 14-də saat 19:00-da Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (XDG) “İlham Allahverdiyev” adına Gəmi Təmiri Zavodunda təmirə dayanmış, XDG-yə məxsus “Şirvan” quru yük gəmisinin burun hissəsində yanğın baş verib. Saat 23.00-da FHN yanğından mühafizə dəstələrinin müdaxiləsi nəticəsində yanğın söndürülüb. Baş verən partlayışdan 3 nəfər xəsarət alıb.

Zavodun çilingəri Qarayev Rakif Yurka oğlu göstərilən tibbi yardıma baxmayaraq, xəstəxanada vəfat edib, digərləri - adıçəkilən zavodun baş mühəndisi Mirzəyev Şaiq Nəsib oğlu və elektrik qaynaqçısı Qarayev Yurka Humay oğlu tibb müəssisəsinə yerləşdirilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, və prokurorluq orqanlarının mütəxəssisləri tərəfindən hadisə yerində hadisənin baş vermə səbəbləri araşdırılır.






15 Fevral, 2011  15:27 Baxılıb: 1679 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner