Dünya bazarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.
Simsar.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət Yaxın Şərqdə vəziyyətin getdikcə gərginləşməsi fonunda dəyişib.
Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 0,77 dollar düşərək 84,81 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 2,14 dollar artaraq 103,08 dollara çatıb.