Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

London olimpiadasına yol Novxanıdan keçir

Fevralın 17-də Bakının Novxanı qəsəbəsində yerləşən “Sərhədçi” Atçılıq Mərkəzinin qapalı manejində konkur növü üzrə “CSI2*-W” kateqoriyalı “WINTER CUP” adlı Dünya Kuboku Təsnifat Mərhələsinin yarışları təşkil olunacaq.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 3 gün davam edəcək yarışda Azərbaycan, Rusiya, Gürcüstan, Bolqarıstan idmançıları iştirak edəcəklər.

Turnirin ümumi mükafat fondu 69 000 evro təşkil edir. Yarışları Türkiyə və İrandan dəvət olunmuş hakimlər idarə edəcəklər. Fevralın 19-da final mərhələsi – “Grand Prix” təşkil ediləcək. “Grand Prix”in nəticələri Beynəlxalq Atçılıq Federasiyası tərəfindən qeydə alınacaq. Yarışların nəticələrinə uyğun olaraq qalib idmançıların topladığı xallar onların 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə etməyinə böyük təsir göstərəcək.

Yarışlar hər gün saat 15:00-da başlayacaq.






15 Fevral, 2011  14:11 Baxılıb: 1759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner