Fevralın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,77 dollar və ya 0,9% azalaraq 1 barelə görə 84,81 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, fevralın 14-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,65 dollar artaraq 103,08 dollar təşkil edib.