Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Seçki məntəqələrindən - FOTOREPORTAJ

m

Seçkiləri izləmək üçün Nərimanov rayonunda yerləşən 19 saylı seçki dairəsi, 7 saylı məntəqəyə yollandıq. Səhər saatlarında seçicilərin sayı az olsa da, daha sonra bu vəziyyət dəyişdi. Fəallıq müşahidə olundu. Məntəqə seçki komissiyasının sədri, Mikayılova Südabənin verdiyi məlumata görə, saat 12:00 üçün qeydiyyatda olan 1365 nəfərdən 700 nəfəri iştirak edib. Südabə xanım xarici nümayəndələrin də xüsusi nəzarəti olduğunu vurğuladı. 7 saylı məntəqə seçki komisiyasının katibi İsmayıl Şahlar isə seçkiyə bu qədər marağın olacağına inanmadığını deyir. “Hələ seçkilər başlamışdan, qapıda gözləyən seçicilər vardı”.

Söhbət etdiyimiz müşahidəçilər hələ qanunsuzluqla rastlaşmadıqlarını bildirdilər. Elə xarici nümayəndələr də, belə hal görmədiklərini deyir. Fikrlərini öyrəndiyimiz seçici 65 yaşlı Əminə Rüstəmova bu seçkilərdə də hər şeyin yaxşı olacağını və ölkənin gələcəyinə səs verdiyini dedi. Digər vətəndaş Namiq Muradov isə, səs verdiyini, lakin bunu gizli saxlamaq istədiyini qeyd etdi. Qayda pozuntuları da “gördüyüm qədəri ilə yoxdur” dedi.

Seçici Nazilə xanım, bu dəfə seçilən namizədin ona evini qaytaracağna inanır. 20 ildir, məcburi köçkünlərin evində qaldığını, müraciətlərinə cavab gəlmədiyini bildirir. İndi seçdiyi namizədə inanır, əgər seçilərsə, Azərbaycanın düzələcəyini deyir.
Beynəlxalq nümayəndə Ramiz Topal seçkilərin qanuni yolla getdiyini, hamının şəffaf, demokratik şəkildə səs verdiyi bildirib: “Heç bir yönəldilmə olmadan, hamı istədiyi namizədi seçir. 10 ildi, Avropanın seçkilərində də iştirak edirəm. Azərbaycan Türkiyədən də demokratik dövlətdi. Buna görə, Azərbaycanı təbrik edirəm. Əminəm ki, layiqli namizəd seçiləcək. Monitorinqimiz də davam edir”.

Qeyd edək ki, seçkiləri izlədiyimiz 7 saylı məntəqə prezidentliyə namizəd İqbal Ağazadənin səs verəcəyi məntəqə idi.

Ümid partiyasının prezidentliyə namizədi saat 12:30 radələrində səsvermə üçün gəldi. Səsvermədən sonra mətbuata danışan İqbal bəy nəticədən ümidli olduğunu bildirib. “Ümid partiyası olaraq mövqeyimizi bildirmişik. Hələ fikir bildirmək üçün çox tezdir. Axşam saatlarına kimi konkret mövqe bildirmək olacaq. Biz inanırıq. Hər şey millətimiz üçün yaxşı olacaq”.

Növbəti ziyarət etdiyimiz məntəqə 23 Saylı Nəsimi-Səbail Dairəsinin 5 saylı seçki məntəqəsi idi. Məntəqədə seçki prosesi normal qaydada davam edirdi. Komissiya sədri Telman Cəfərov 1230 nəfərin siyahıda olduğunu və fəallıqdan razı qaldıqlarını qeyd edib.

Turanə İbrahimi

 

 






9 Oktyabr, 2013  13:30 Baxılıb: 1868 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner