İran hər gün Ermənistana 1,5 milyon litr benzin və dizel yanacağı ixrac edir.
Simsar.az-ın “MEHR” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın neft emalı və neft məhsulları satışı üzrə Milli Şirkətinin (NİORDC) direktoru Əlirza Zeyqami bəyan edib.
Əlirza Zeyqami bildirib ki, hər gün İrandan İrəvana 750 min litr benzin və 750 min litr dizel göndərilir.
Qeyd edək ki, 2014-cü ilədək Təbrizdən Ermənistana 365 kilometr uzunluqda 8 düyümlük neft kəməri çəkilərək istifadəyə veriləcək.